“SSİ RETAİL” MMC-nin ofşor hesabları niyə yoxlanılmır?
Bu yazı da məqalədən daha çox bir rəsmi müracıətdir. Bu yazı Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovun, Daxılı İşlər Naziri Vilayət Eyvazovun, yeni yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarovun, İqtisadiyyat Nazirliyi yanında yeni yaradılmış Dövlət Vergi Xidmətinin, Maliyyə Nazırliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Respublika Hesablama Palatasının, yeni yaradılmış İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətii rəhbərlərinin nəzərinə çatdırılması üçündür. Çox istərdik ki, yuxarıda adlarını çəkdiyimiz səlahiyyətli qurumlar bu yazıda göstərdiklərimiz qanun pozuntulurının köklü şəkildə araşdırılmasına göstəriş versinlər, qanun çərçivəsində tədbir görsünlər və münasıbət bildirsinlər.
“…orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır.”
Bu sözlər Prezident İlham Əliyevin son çıxışlarından bir sitatdır. Biz bir mətbuat orqanı olaraq ölkədə bəzi məmur və onlara yaxın şəxslər tərəfindən qanunsuzluqlara yol verilməsi barədə məlumatları daim geniş ictimaiyyətin diqqətinə çatdirmaqla yanaşı aidiyyatı qurumlar tərəfindən tədbirlər görülməsinin, ölkə başçısının korrupsiyaya qarşı apardığı mübarizənin tərəfdarı olmuşuq. Lakin bir çox hallarda aidiyyatı qurumların səhlənkarlığı ucbatından vətəndaşların hüquqlarının pozulması əhali arasında dövlətə qarşı narazılıqlar yaradır ki, bu da cənab Prezidentin dediyi kimi, inkişafımızı lənğidə və gələcəyə olan planlarımızı sarsıda bilər.
Son vaxtlar ölkə mətbuatının gündəmindən düşməyən və hər bir nazirin yaxın qohumlarına məxsus 10 manatlıq MMC-lər tərəfindən tenderlər vasitəsilə milyonlarla dövlət vəsaitlərinin talanması faktlarının sayı durmadan artır. Sanki elə belə də olmalıymış kimi, heç bir dövlət rəsmisi bu tender oyunlarında nələrin baş verdiyinə reaksiya vermir. Məlum olduğu kimi belə 10 manatlıq MMC-ləri Azərbaycanda bu gün hər kəs aça bilər. Lakin görəsən açdıqdan sonra hər kəs bu MMC-nı işlətmək iqtidarında ola bilərmi?
Aktualinfo.org-un barəsində araşdırma apardığı MMC 5-10 manatlıqlardan deyil. Bu MMC-nin təkcə nizamnamə kapitalı 25000000.00 manatdır. Sözügedən MMC-nin fəaliyyəti ilə bağlı bir müddət öncə yaydığımız məqalədə də göstərmişdik ki, “SSİ RETAİL” MMC Azərbaycanda xarici ölkələrdən gətirilən, dəbdə olan brend geyim mllarının satışı ilə məşğuldur. Bu gün həmin geyim mağazalarına demək olar ki, paytaxtın hər yerində rast gəlmək olur və artıq Gəncə, Sumqayıt kimi şəhərlərdə də mağazaları mövcuddur. Əsasən də gənclərin böyük həvəslə üz tutduğu “Celio”, “New Yorker”,”Manqo”,”Next” kimi brend geyim mağazalarında qiymətlərdən söz gedə bilməz. Bu barədə biz ötən yazımızda da qeyd etmişdik və bir daha bu mövzuya qayıtmaq istəməzdik. Sadəcə onu bildirmək istərdik ki,xarici ölkələrdən çox ucuz qiymətlərə alınan bu malların Azərbaycanda dəyərindən qat-qat baha satılmasından, vətəndaşların göz görə -görə aldadılmasından geniş ictimaiyyətin xəbəri olmalıdır. Digər tərəfdən də bu brend malları Azərbaycana hər kəs gətirə bilərmi? Əlbəttə gətirə və qeyd etdiyimiz mağazalardakından da ucuz qiymətə sata bilərlər. Lakin buna imkan verilirmi? Əminik ki, İqtisadiyyat Nazirliyi yanında yeni yaradılmış Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu barədə yaxın gələcəkdə lazımi ölçülər götürəcək
Ötən yazımızda onu da qeyd etmişdik ki, “New Yorker”, “Manqo”, Next”, “Celio” kimi brend geyim mallarının ölkəmizdə satışını həyata keçirən “SSİ RETAİl” MMC Azərbaycanda qazandığı pulları ofşorlar vasıtəsi ilə xarıcı ölkələrdəki bank hesablarına yerləşdirir. Qanunvericiləkdə bu kimi hallar necə tənzimlənir? Bir MMC xarici ölkədə bank hesabı aça bilərmi? MMC-nin əldə etdiyi gəlirlərin xarıcı ölkələrə köçürülməsi hansı qaydalarla aparılır? Bütün bu kimi suallara cavabı biz növbəti yazımızda mütəxəsislərdən almağa çalışacağıq.
Qeyd edək ki, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi yönündə dövlət tərəfindən çox mühüm addımlar atılır. Sahibkarlara yaradılmış bu kimi şəraitdən sui-istifadə edənlər, əldə etdiyi gəlirləri respublika ərazisində, regionlarda bir çox işlərə yatırmaq əvəzinə xarici ölkələrdəki banklara qoyaraq şəxsi məqsədləri üçün istifadə edirlər. “SSİ RETAİL” MMC-nin bu kimi yollarla ölkədən çıxardığı pulun miqdarını indi kimsə bilməz. Çünki sözügedən şirkət artıq neçə illərdir ki, bu sahədə fəaliyyət göstəriri və bahalı brend geyimlərin satışından hesabına kifayət qədər böyük məbləğdə pullar oturur. Aidiyyatı qurumlar tərəfindən bu MMC-nin fəaliyyəti köklü və ciddi şəkildə araşdırılarsa çox qaranlıq məsələlərin üstü açılar.