AVTOMOBİLİ QARƏT OLUNAN JURNALİST MASALLI POLİSİNDƏN ŞİKAYƏTÇİDİR

 “Masallı rayonunun qonaqlarına qucaq açan İstisu istirahət mərkəzi ərazisində son vaxtlar oğurluq hadisələri gündüz günorta çağı, demək olar hamının gözü qarşısında baş verir. Bu, ondan xəbər verir ki, Masallı rayonunda kriminogen durum nəzarət altında deyil, ya da polis cinayətkarları himayə edir. Yerli polis get-gedə artmaqda olan belə halların istintaqını prosessual nəzarətin olmaması səbəbindən istədiyi kimi aparır,  hesabat xatirinə,cinayət hadisələrinin açılma faizini aşağı salmaq məqsədi ilə, ya da hansısa maraq naminə günahsız adamı təqsirkar çıxarmaqdan belə çəkinmir. Əminəm ki, Daxili işlər naziri çox hörmətli cənab Vilayət Eyvazov Masallı Rayon Polis Şöbəsinin bu yarıtmaz fəaliyyəti barədə müfəssəl məlumat alsa, səriştəsiz müstəntiqlərin,bu işə məsul şəxlərin, eləcə də polis rəisi barəsində ciddi ölçülər götürər” – jurnalist Əfqan Quliyevin Mediatv.az saytına müraciəti bu cümlələrlə başlayır.
Xatırladaq ki, bu il iyul ayının 28-də ailə üzvləri ilə birgə sözügedən istirahət mərkəzinə dincəlməyə getmiş baş redaktorun maşınının şüşəsi qırılaraq saloinundan oğurluq edilmiş, ona məxsus qızıl zinət əşyaları və sənədlər qadın əl sumkası ilə birgə götürülmüşdür.  Şikayət əsasında əməliyyat – axtarış tədbirlərinə başlayan Masallı polisi Nurlan Səmədov adlı bir şəxsi saxlamışdır. Lakin, sürətlə “aparılaraq” təcili şəkildə məhkəməyə ötürülən cinayət işinin qeyri-obyektiv, qərəzli, birtərəfli qaydada və heç bir maddi sübut tapmadan aparıldığı qənaətində olan zərərçəkən cinayət işinin yenidən istintaqa qaytarılması üçün məhkəmə qarşısında vəsadət qaldırmışdır. Öz mövqeini isə tutarlı arqumentlərlkə əsaslandırmışdır:
“1) Bu hadisə 11.08. 2019-cu il tarixdə saat 21: 00-da “Xəzər” televiziyasının “Xəbərlər” proqramında, 12.08. 2019-cu il tarixdə “Space” telekanalının “Operativ hissə” verilişində polis tərəfindən ictimailəşdirilib. Sual olunur:  Hər iki verilişdə mənim avtomobilimdən 10 (on) min manatlıq qızıl zinət əşyalarının götürüldüyü bildirilir. Əgər ortada maddi sübut yoxdursa, hadisəni törətdiyi bildirilən Nurlan Səmədov qızıl zinət əşyalarını oğurladığını etiraf etmirsə, görəsən Masallı  RPŞ nə əsasla bu məsələni ictimailəşdirib?
2) Hadisədən bir ay sonra tam təsadüf nəticəsində bilmişəm ki, mənə, həyat yoldaşıma və oğluma məxsus ümumvətəndaşlıq pasportları tapılıb, Göytəpə polis bölməsindədir. Bundan sonra Masallı RPŞ-ni məlumatlandırmışam. Bizim ümumvətəndaşlıq pasportumuzun Göytəpə pasport bölməsində necə peyda olması  və Nurlan Səmədov tərəfindən harada atılması müstəntiq tərəfindən araşdırılıbmı? Araşdırılıbsa, görəsən hansı nəticə hasil olunub?
3) Hadisə baş verən günü (28.07.2019-cu il) götürülmüş əl izləri ekspertizanın nəticələrinə görə Nurlan Səmədovun olduğunu təsdiqləmir. Bəs nəyə əsasən bu hadisənin Nurlan Səmədov tərəfindən törədildiyini deyirlər. Onun səmimi etirafına əsasənmi?
4) Tapılan ümumvətəndaşlıq pasportlarının kimin tərəfindən atıldığı müstəntiq tərəfindən tam araşdırılmayıbsa, və Nurlan Səmədov ümumiyyətlə, pasport görmədiyini deyirsə, bu hadisənin başqa şəxs tərəfindən törədildiyinə işarədir.
5) Nurlan Səmədov üzləşmə protokolu tərtib olunan zaman mənim avtomobilimdən krem rəngli qadın əl sumkası deyil, qara rəngli sumka götürdüyünü bildirdi. İttiham aktı tərtib olunan zaman isə bu, müstəntiq tərəfindən dəyişdirilərək cinayətkarın krem rəngli əl sumkası götürdüyü yazılıb.
6) Nurlan Səmədov guya maşınımdan 150 AZN və qadın qol saatı götürüb. Bildirirəm ki, avtomobilimdə 1 AZN belə pul olmayıb. Qadın qol saatı isə ortada yoxdur.
7) Müstəntiq tərəfindən mənə göndərilmiş teleqramda oktyabr ayının 7-dən sonra,  həyat yoldaşıma göndərilən teleqramda oktyabrın 8-dən sonra, oğluma göndərilən teleqramda oktyabrın 9-dan sonra (hansı müddətə qədər məlum deyil) cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış ola bilməyimizi bildirir. Çox maraqlıdır ki, cinayət işinə dair müstəntiqin tərtib etdiyi ARAYIŞda mənim oktyabrın 7-də, yoldaşımın oktyabrın 8-də, oğlumun isə oktyabrın 9-da Masallı RPŞ-nə üzrlü səbəb olmadan gəlmədiyimiz, cinayət işinin materialları və maddi sübutlarla tanlış olmadığımız yazılıb.
8) 16.10.2019-cu il tarixdə DİN -nin Baş İstintaq və Təhqiqat İdarəsindən mənə verilən cavabda onların nəzarəti altında hələ istintaqın davam etdiyi bildirilir. Müstəntiq isə 14.10.2019-cu il tarixdə istintaqı yekunlaşdırıb.
9) CPM-nin 285.5 maddəsinə görə cinayət işinin materialları ilə tanış olmaq,  zəruru sənədlərin surətini çıxarmaq hüququm olsa da, hər dəfə müstəntiq bundan məharətlə yayınıb. Hər dəfə “gələn dəfə” deməklə, cinayət işinin materialları ilə tanış olmağıma imkan verməyib.
11) AR CPM-nin 303.1 maddəsinə görə məhkəmənin hazırlıq iclasında, məhkəməyədək, icraat zamanı aradan qaldırılmaqda, müvafiq olaraq cinayət işinin  və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən edildikdə, məhkəmə cinayət işini və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarına baxılmasına xitam verir və onu ibtidai  araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır.
CİNAYƏTİ BU İŞDƏ ƏLİ OLMAYAN  ADAMIN BOYNUNA QOYURLAR
Bu sadaladıqlarım göstərir ki, cinayət işi hərtərəfli araşdırılmayıb, ortada heç bir maddi sübut yoxdur. Hadisə tamamilə başqa bir şəxs tərəfindən törədilib,  zorla Nurlan Səmədovun boynuna qoyulur. Onu da bildirim ki, avtomobilimin şüşəsinin sınması, onun bərpa olunması və hu hadisəyə görə yaşadığım Bakı şəhərindən 4 dəfə Masallı rayonuna səfərimin olma xərcləri dəymiş ziyan siyahısına daxil edilməyib. Bütün bunlar məhkəməyə əsas verir ki, cinayət işinin obyektiv araşdırılması üşün onu icraata qəbul etməkdən imtina edib ilkin istintaqa qaytarsın”.
Şikayətçi ehtimal edir ki, şübhəli şəxs kimi saxlanılan əgər polisin onun haqqında təqdimat verdiyi kimi, cinayət törətməyə meyllidirsə, ola bilsin həmin ərəfədə törətmiş olduğu daha ağır cinayətin izini itirmək üçün kiçik saydığı oğurluq cinayətini törətmədiyi halda boynuna götürüb.Sayt rəhbəri həmçinin bildirir ki, hazırlıq iclası təxirə salınmış məhkəmə ərəfəsində prokuror və hakim onunla görüşündə sadalanan faktların əsaslı olduğunu qəbul edirlər. Lakin onların heç biri cinayət işini ibtidai istintaqa qaytarmaq istəmir, çünki bununla onlar polis rəisi və müstəntiqlə üz-üzə gələcəklər.Peşə fəaliyyətinə görə təhdid olunan baş redaktor yaxın günlərdə beynəlxalq təşkilatlara müraciət edəcəyini də dilə gətirdi.
Sonda onu da xatırladaq ki, zərərçəkmiş Əfqan Quliyev hadisədən bir müddət öncə  Masallı rayonunda sahibkarların polis tərəfindən incidilməsi barədə faktlara söykənən tənqidi məqalələr yazmışdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password