Şəki DYP əməkdaşlarının kəndlərdə nələr törətdiklərindən Ramiz Zeynalovun xəbəri varmı?

Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürrəhimov Sadiq Məmmədəli oğlu tərəfindən Prezident İlham Əliyev cənablarına və Daxili İşlər Naziri Vilayət Eyvazova ünvanlanmış müracıət Daxili İşlər Nazirliyi əməkdaşlarının operativliyi nəticəsində həllini tapıb. Aktualinfo.org 05 oktyabr tarixində “Şəkidə Yol Polisi əməkdaşları vətəndaşın avtomobilini necə qaçırdı?” başlıqlı  məqalədə vətəndaş Sadıq Əbdürrəhimovun müraciətini ictimailəşdirdikdən sonra regionda böyük rezonans doğurub və Dövlət Yol Polisi əməkdaşlarından şikayətlər daha da çoxalmağa başlatib.Belə ki, özlərini Şəki DYP əməkdaşları kimi təqdim edən, lakin şəxsi VAZ 2106 markalı, 10 DJ 106 nömrəli avtomobillə Şəkinin bütün kəndlərində müxtəlif səbəblərdən cəriməsi olan ayrı- ayrı avtomobil sahiblərinə hədə qorxu,sürücülük hüququndan məhrum etmə adı ilə pul tələb olunması rayon sakinlərini dilə gətirib. Vətəndaş Sadıq Əbdürrəhimovun müraciətində göstərdikləri bir sıra məqamları nəzərə alaraq Aktualinfo.org sözügedən müracıəti ixtisarla oxuculara təqdim edir.O yazır ki,

 Avtomobilimin şübhəli şəxslər tərəfindən qaçırılması ilə bağlı 4 oktyabr 2019-cu il tarixdə yuxarı orqanlara etdiyim şikayətlərdən sonra Oğuz-Balakən şosse yolun komandiri Əli müəllim, Şəki DYP Bölməsi rəisi məni telefonla dəvət etdilər. Qeyri-rəsmi olduğuna görə getmədim. Sonradan 16 oktyabr saat 11-00-da Şəki DYP rəisi rəsmi bildiriş göndərdi. 6-da DİN-nin polkovniki cənab Ceyhun Əliyev telefonda mənimlə məsələni müzakirə etdi və 16-da Şəkiyə gəlib izahat aldı. Elə Şəki Prokurorluğunda da 23-də müstəntiq Turala izahat yazdım. Amma bunların hamısı izahatı çox qısa etməyimi istəyirdilər. Bu gün də Ziyəddin Hümmətov Prokurorluqda yazdığı izahatında bir şahid kimi təsdiq etmişdir ki, DYP işçiləri olan mülki və polis formasındakı adamlar Sadiq Əbdürəhimovdan 1 il 2 ay əvvəl yazılmış 10 manatlıq cəriməni silmək üçün  200 manat pul istəmişlər, yoxsa avtomobili aparacaqlarını bildirmişlər. Sadiq pulu verməyəcəyini, cəriməni dərhal ödəyəcəyini bildirsə də onlar NİVAnı dedikləri kimi oğurlayıb apardılar.

Niva avtomobilini mən yalnız 23 oktyabrda DYP nın cərimə meydançasında götürdükdə təkərlərin hamısı boşalmış yarasız vəziyyətə düşmüş, akumulyator sıradan çıxmışdır. Vurduqları ziyandan isə danışmaq əvəzinə DYP inspektoru R.Adamov yazdığı izahatında guya mənim yazdıqlarımın hamısı böhtan xarakterli imiş. Halbuki bu adam oktyabrın 11-də əmimoğlu Mehdinin 077 500 7005 mobil nömrəsinə gizli nömrədən zəng edərək mənim gedib şikayət ərizəmi geri götürməyi tələb etmiş, bu günün sabahı da var deyərək təhdid mesajı yollamışdır.

    Məsələ ilə bağlı DİN-nin 102 xidmətinə etdiyim zənglə bağlı Şəki RPŞ-də araşdırma aparılaraq 18 oktyabr 2019-cu il tarixli cavab məktubu göndərmişlər.:”Sizin 90 BX 213 nömrəli avtomobilinizə ödənilməyən cəriməsilə bağlı həbs qoyulduğu üçün baş inspektor Adamov tərəfindən saxlanılaraq (???) ( guya məni yolda hərəkətdə olduğum zaman saxlayıblarmış) DYP duracağına gətirilmişdir.Adamov izahat verib ki, yazdığınız böhtan xarakterlidir, heç bir qanuna zidd hərəkətlərə yol vermədiyini qeyd etmişdir. Hazırda göstərilən fakt üzrə Şəki rayon Prokurorluğunda araşdırma aparılır.”   

  Elə isə, niyə hadisənin baş verdiyi “Göynük petrol” yanacaqdoldurma stansiyasının kamera görüntüləri 3-4 gün əvvəl silinmişdir? Mən bu görüntülərə şəxsən baxdım və hadisələr 10 metr məsafədə ağacın üstündə yerləşən kamera vasitəsilə qeydə alınsa da mənə verməkdən imtina etdilər. İndi məlum oldu ki, mülkü formada DYP adı altında quldurluqla məşğul olanlar müəyyənləşsə də, hələlik yerli orqanlar nəyin bahasına olur olsun onların günahsız olmaları marağından hərəkət edirlər. Heç DİN-dən gələn polkovnik Ceyhun Əliyevin də vədlərinə inanmıram. Yerli prokurorluq apardığı araşdırmanı ört basdır etsə yenidən yuxarı prokurora şikayət edəcəyəm.

Sondada Sadıq Əbdürrəhimov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edir ki. sadə bir vətəndaş olaraq sizdən tələb edirəm! Dərhal mülkü formada DYP adı altında gəlib avtomobilimi əsassız olaraq oğurlayıb aparan, polis adına ləkə gətirən əməkdaşlarınız barəsində qanuni tədbirlər görülməsinə və avtomobilimə dəymiş zərərin ödənilməsinə göstəriş verəsiniz.

QEYD: Adamov izahatında qeyd edir ki, guya mənim avtomobilimi hərəktədə olarkən saxlayıbmış, əslində onunla birlikdə mülki vətəndaş Aqşin və 10 DJ 106 avtomobilinin sahibi məni zapravkanın yanında gözlədiklərini qeyd edir. Polisdə və prokurorluqda araşdırma zamanı isə guya Aqşin adlı şəxsin avtomobil oğurluğunda iştirak etməməsi qeyd edilir. Halbuki mənim avtomobilimi oğurlayarkən onun arxasınca Aqşin dədəsinə məxsus ağ rəngli, 10 DJ 106 nömrəli VAZ 21 06 avtomobillə arxadan gəlir. Ona görə də şikyətimə Şəkidə baxılmasına etiraz edirəm.

Aktualinfo.org-un Şəkidə rayonundan əldə etdiyi məlumatlara görə rayonda Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyəti bərbad vəziyyətdədir. Məlumatlara görə Dövlət Yol Polisinin rəisi Şaymir Uluxanovun yollarda onlara kifayət qədər rahat şərait yaratmasından irəli gəlir. Ötən yazıda da qeyd etdiyimiz kimi buna isə səbəb Şaymir Uluxanovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovla olan yaxın münasıbətləridir.Bu yaxın münasibətin yaranma tarixi isə deyilənlərəı görə Şaymir Uluxanovun Şəkidə uzun müddət DYP sisteminə rəhbərlik etmiş dayısı tərəfindən yaradılıb. 

P.S. Vətəndaş Sadiq Əbdürrəhimovun şikayəti ilə başlı radaksiyamızla əlaqə saxlayan Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirdi ki, vətəndaşın müracıəti barədə hazırda tərəfimizdən araşdırmalar aparılır. Araşdırmanın nəticəsi barədə yaxın zamanlarda vətəndaşa və Aktualinfo.org redaksiyasına məlumat veriləcək.

Aktualinfo.org

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password