“Park Sity”i Arif Qasımovla necə razılığa gəldi?

Bu günlərdə Aktualinfo.org Nizami rayonu Rüstəm Rüstəmov 72A ünvanda “Patk Syti ” MMC tərəfindən tikilən hündürmərtəbəli binada tikinti işlərinin dayandırlması barədə məlumat vermişdi. Sözügedən məlumatlarda Nizami rayonunda Rüstəm Rüstəm küçəsi 72A ünvanda bünövrəsi 2017-ci ilin dekabr ayından qoyulmuş hündürmərtəbəli binanın tikintisnin başa çatmasına az qalmış Vergilər Nazirliyi tərəfindən  binada tikinti işlərinin dayandırııldığı bildirilirdi. Tikintinin dayandırılmasına səbəb isə “Park City” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirlərini həyata keçirən Nazirlik  457 432,91 vergi borcu müqabilində 480 000 manat məbləğində əmlakı (obyekti) siyahıya alındığını müəyyən edildiyi göstərilirdi. Aktualinfo.org tikinti işlərinin cəmi 43 000 manata görə dayandırılmasının inandırıcı bir versiya olmadığını vurğulamışdı və qeyd etmişdi ki,tikinti işlərinin dayandırılması heç də vergidən yayınmaqla bağlı olan bir məsələ deyil.

Məsələ ondadır ki, tikintidə müqavilədə göstəriləndən həm artıq ərazıyə daxil olunub, həm də artıq mənzil inşa edilib. Yəni müqavilədə göstəriləndən 2-3 mərtəbə artıq. Məlumatlara görə müqavilədə göstərilənlərdən artıq mənzillərin tikintisi məhz Arif Qasımovun göstərişi ilə baş tutub ki, bu da Vergilər Nazirliyinin və digər aidiyyatı orqanların nəzərindən yayınmayıb. bundan başqa verilən məlumatlara görə binanın birinci mərtəbəsində İcra Hakimiyyəti başçısının da payı var. Artıq bir neçə gündür ki, tikinti sahəsində işlərin dayandırıldığını bildirən sakinlərin sözlərinə görə bir neçə gün öncə gecə saatlarında tikintinin kənarına çəkilmiş daş hasar sökülərək əvvəlki vəziyyətinə qaytarılıb. Dünəndən isə tikintidə işə başlanılıb. Arif Qasımovun son günlər tikinti sahəsində tez-tez görünməsini,göstərişlər verməsini bildirən sakinlərin sözlərinə görə artıq binanın ətrafında abadlıq işlərinin aparılmasına start verilib. Əldə etdiyimiz məlumatlarda sözügedən abadlıq işlərini hansısa tikini şirkətinin deyil məhz  “Park Sity” MMC-nin işçiləri tətrəfindən aparıldığı bildirilir. Sakinlərin sözlərinə görə binanın qarşısında sakinlərin istirahəti və uşaqların əylənməsi üçün nəzərdə tutulan bütün qurğular sökülərək naməlum istiqamətdə aparılıb. Tikinti işçilərinin sakinlərə söylədiklərinə görə aparılan qurğular ərazıdə abadlıq işləri aparıldıqdan sonra yeniləri ilə əvəz olunacaq.  Görsənən odur ki, Arif Qasımov “Park Sity” MMC-nin rəhbərliyi ilə ərazinin abadlaşdırılması barədə razılıq əldə etdikdən sonra tikinti fəaliyyətini davam etdirməyə başlayıb.

Aktualinfo.org Vergilər Nazirliyinin elektron portalından “Park-Sity” MMC-nin kimə məxsus olduğunu öyrənməyə çalışsa da, cəmiyyət barədə heç bir məlumat tapılmadı. Lakin sakinlərindən aldığımız məlumatlara görə tıkintiyə məhz İcra Hakimiyyətinin başçısı Arif Qasımov nəzarət edir. Sakinlərin sözlərinə görə İcra başçısı tikinti sahəsinəhətta çox vaxt piyada gəlir Qeyd edək ki,sözügedən ərazi Nizami rayon İcra Hakimiyyətinin arxasında,150-200 metrlik məsafədə yerləşir.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password