Siqaret və spirtli içki istifadəçilərinə – QİYMƏTLƏR QALXIR

2020-ci ildən Azərbaycanda aksiz dərəcələrinin artımı gözlənilir.

Xəbərə görə, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bildirilir.

Dəyişikliklərə görə, ölkədə içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata qaldırılır. Şampan şərabı üçün aksizlər 2,5 manatdan 2,6 manata qaldırılır.
Şərablar və şərab materialları üçün aksizlər ikiqat artırılaraq hər litrinə 0,1 manatdan 0,2 manata qaldırılır.
Pivə üçün (Hacı pivəsi istisna olmaqla) və pivə tərkibli – digər içkilər üçün aksiz vergisi 0,2 manatdan 0,5 manata qaldırılır.

Siqarilla (nazik siqarlar) üçün aksizlər – 1.000 ədədinə görə 20,0 manatdan 31 manata qaldırılıb. Tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üçün aksizlər – 1.000 ədədinə 20 manatdan 31 manata qaldırılıb.
Alkoqollu energetik içkilər üçün aksizlər hər litrinə 2 manatdan 2,1 manata qaldırılır.
Alkoqolsuz energetik içkilər üçün aksiz vergiləri hər litrinə 3 manatdan 3,1 manata qaldırılır.

Digər tündləşdirilməmiş alkoqollu içkilər üçün aksiz vergisi isə hər litri üçün 0,4 manat nəzərdə tutulub.Məcəlləyə dəyişikliklərdə yalnız bir içki üçün aksizlər aşağı salınıb. Konyak üçün aksiz vergisinin aksiz vergisi 6 manatdan 3,2 manata endirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password