Gömrük generalının Çexiyada 68 evdən ibarət yaşayış kompleksi üzə çıxdı – Foto
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun Çexiyada 68 evdən ibarət yaşayış kompleksi üzə çıxıb.
Aktualinfo.org xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində məlumat yayıb. Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müracət edən müəllif şəkillərdə görsənənləri “Azərbaycanın Çexiyadakı gömrük postu”adlandırıb. Onun sözlərinə görə, Çexiyanın Brno şəhərinin Holasice qəsəbəsində yerləşən kompleksin tikintisini Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun Çexiyada sahib olduğu “HASAN&SONS” şirkəti həyata keçirib.
Məlumatda qeyd edilir ki, Dövlət Gömrük Komitəsinin tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev də kompleksə şərikdir.
Bundan başqa, Vəzir Həsənovun Çexiyada 34 mənzildən ibarət başqa yaşayış kompleksi və kompleksə aid 300 kvadratmetrlik restoranı və 800 kvadratmetrlik ticarət mərkəzi də var.