Qərbi Azərbaycana(Ermənistana)Qayıdış Birliyində tarixi yurdlara qayıdış mövzusunda dəyirmi masa keçirilib

11 oktyabr 2019-cu il tarixində QAQB-nin Tbilisi prospektindəki ofisinin Akt zalında,Qərbi Azərbaycana (Ermənistana)Qayıdış Birliyinin təşkilatçılığı iləİndiki Ermənistandan (Qərbi Azərbaycandan) yerli aborigen azərbaycanlı əhalinin deportasiyasısoyqırımı tarixi.Tarixi Yurdlara Qayıdış perspektivləri”mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə Aktualinfo.org-a Qərbi Azərbaycana Qayıdış Birliyi Ali Məclisinin sədri Əli Vəliyev məlumat verib.

Dəyirmi masada QAQB üzvləri,qonaqlar,ziyalılar, ictimai-siyasi xadimlər iştirak edib. Dəyirmi masanı giriş sözü ilə QAQB sədri Rizvan Talıbov açaraq,toplantı iştirakçılarını salamlayıb və Beynəlxalq Mətbuat Mərkəzinin adminstrasiyasının onlara yaratdığı çətinliyə görə  üzürxahlıq edib. Belə ki, mərkəzin rəhbərliyi ilə tədbirin BMM-nin dəyirmi zalında keçirilməsi barədə öncədən razılaşmaları olsa datədbirə bir həftədən artıq müddətdə hazırlıq işləri görülsədə,10 oktyabr tarixində işin sonuna yaxın naməlum səbəbdən,guya texniki problem yaranıb bəhanəsi ilə, BMM rəhbərliyi şifahi razılaşmanı pozaraq,tədbirin BMM- keçirilməsindən imtina etmişdir! Bu da tədbirin işində xeyli çətinliyə səbəb olmuşdur.Ona görə də son anda tədbirin QAQB-nin Akt zalında keçirilməsi haqqında qərar verilmişqərardan xəbər tuta bilməyənlərin BMM-dən ofisə gətirilməsi təmin olunmuşbundan sonra gecikmə ilə olsada tədbir işinə başlamışdır. QAQB sədri baş vermiş imtina qərarını təəssüflə qarşıladıqlarınıbunun yolverilməz olduğunu qeyd edərək bildirdi ki,görəsən tarixi Azərbaycan torpaqları üzərində bərqərar edilmiş Ermənistan dövlətinin,məqsədyönlü şəkildə azərbaycanlı əhalisinə qarşı həyata keçirtdiyi deportasiyasoyqırım soyasətinin ifşa olunmasına həsr olunmuş,millidövlətçilik maraqlarına xidmət edən tədbirin keçirilməsinə maneçilik törədənlər bu əməlləri ilə erməni dəyirmanına su tökdüklərinin fərqindədirlərmi? Bu məsələ barədə aidiyyatlı orqanlara müraciət olunacağını bildirərək,gündəlikdəki məsələ haqqında tədbir iştirakçılarına hərtərəfli məlumat verib.

QAQB sədri Qərbi Azərbaycan məsələsinin daim Dağlıq Qarabağ problemi ilə birgə aparılmasının çox vacib olduğunu xüsusi qeyd etdi. QAQB sədrindən sonra çıxış edənlər politoloq, İqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru Arzuman Muradlı,ÜMİD partiyası sədrinin müavini Rüfət Muradlı, Çeçenistan Respublikasında Azərbaycanın diaspor rəhbəri Şahin Əmirxanov, araşdırmaçı alim Nazim Tapdıqoğlu,”Lehvazı unutmayaq”cəmiyyətinin sədri Səfər Turançı, QAQB Ali Məclisinin sədri Əli Vəliyev, Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin sədri Barat İmani,”Dünya”Analar Səsi İB-nin sədri Sitarə Zəngəzurlu, sayt rəhbəri Vasif Paşayev,rəssam Elnurə İsgəndərova,mərhum yazıçı Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə,QAQB Gəncə şəhər təşkilatı sədrinin müavini Mayıl Vəliyev, Ali Məclisinin üzvü Xuraman Tarverdiyeva, QAQB İdarə Heyyəti üzvləri Maarif Məhərrəmbəyli,Sahib Musayev,QAQB sədrinin müavini rejissor Kəmalə Musazadədigərləri problemin həlli yolları barədə öz fikirtəkliflərini bildirdilər.Dəyirmi masanın sonunda Beynəlxalq təşkilatlara BMT, ,AŞPA, İƏT, Minsk qrupu həmsədr ölkələrinin XİN rəhbərlərinə,Azərbaycan XİN rəhbərinə müraciət qəbul olundu. Müraciətdə Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ sülh danışıqlarında,bu münaqişədən ən çox ziyan çəkmiş tərəf olan Ermənistan qaçqınlarının pozulmuş hüquqlarının bərpasının maraqlarının nəzərə alınmasının,Ermənistan qaçqınlarının bu danışıqlarda dördüncü tərəf olaraq tanınmasının vacibliyi qeyd olunur! 

Müraciətdə xüsusi olaraq qeyd olunur ki,əgər Ermənistan qaçqınları dördüncü tərəf olaraq danışıqlara qoşularsa,bi problemin sülh yolu ilə həlli variantının tapılmasına yardım edərdi!Üç saatdan artıq çəkən toplantı öz işini QAQB sədrinin yekun çıxışı ilə başa vurub..Vətənimiz,Dövlətimiz üçün uğurlu,xeyirli olsun!!

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password