Dələduzluqla üzləşmiş gənclər Prezident İlham Əliyevə müraciət etdi

 

  Şəki rayonu,Baş Göynük kənd sakinləri olan Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdullayev  Bakı şəhərində üzləşdikləri dələduzluq hadisəsi ilə bağlı ölkə başçısı İlham Əliyev cənablarına, Baş Prokuror Zakir Qaralova və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıblar.Gəncləri bu müraciəti etməyə vadar edən isə Yasamal rayonu, İ.M.Əbilov küç, ev 94-də “Royal Print” MMC-nin işçisi və  hazırda CM-nin 178.1-ci maddəsi üzrə məhkumluğu olan Əliyev Elvin Gündüz oğlunun və dəstəsinin dələduzluq əməlləridir.Aktualinfo.org sözügedən müracıəti olduğu kimi oxuculara təqdim edir.

Biz uşaqlıq dostları olmuş mən Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdullayev hazırda Şəki rayonun Baş Göynük kəndində pasport qeydiyyatındayıq.

     Əvvəlcədən bildirim ki, biz, sonradan məlum olduğu kimi Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən, 2018-ci ildə CM-nin 178.1-ci maddəsi üzrə 5 il şərti cəza almış,  “Röyal Print” MMC-nin işçisi Əliyev Elvin Gündüz oğlunun toruna düşmüşük. Belə ki, MMC-nin rəhbəri atası Gündüz Əliyev, digər işçiləri olan oğulları Elvin və Elmir çap və dizayn-qrafiq işlərilə məşğuldurlar. Sonradan əldə etdiyimiz məlumatdan aydın olmuşdur ki, bu ailə əsas bacarıqlı fiqur kimi 30 yaşlı Elvin Əliyevi  Türkiyədən guya hansısa dizayn işinə investisiya qoymaq və əlavə qazanc əldə etmək adı altında biz təcrübəsiz gənclərin əvvəlcə etimadını qazanmış,  gəlirli işə cəlb etmə adı altında şirnikləndirməklə, sonda aldatmaqla “investisiya adı altında E.Əliyevə verdiyimiz pulları mənimsəmişlər. Bu dəstə sonuncu dəfə, 8 nəfər şəxsin 3 mart 2018-ci ildə şikayəti əsasında E.Əliyev 4 ay müddətinə həbs edilmiş və məhkəmənin hökmü ilə 5 il şərti cəza almışdır. Sonradan atası ilə 7 sentyabrda görüşüb Elvindən şikayət etdikdə o,  etiraf etmişdir ki, 2018-ci ildə oğlu  E.Əliyevi  həbsdən qurtarmaq üçün bütün əmlaklarını 300000 dollar zərəri ödəmək üçün satıb vurulmuş ziyanın bir hissəsini ödəmişdir. Və yenə də qalan bir neçə şəxsin, o cümlədən 8 sentyabr 2019-cu il tarixində saat 13:00 – da  Təhmasibin +99451 566 55 22 nömrəsinə zəng edərək hansısa Abbas adlı şəxsə külli-miqdarda Elvinin borcu qaldığını bildirmiş və onu 1 il borcu qaytaracağı vədi ilə saxladığını, lakin 7 sentyabrda Abbasın ona inanmadığından guya polisə şikayət verdiyini bildirmiş və 9-da Elvinin həbs olunacağını Təhmasibə, daha sonra isə digər zəzərçəkmiş Əvəz Mütəllimova zənglə bildirmişdir. Sentyabrın 7-da biz 3 nəfər zəzərçəkmiş şəxs ( Təhmasib, Xocalı, Əvəz ) E.Əliyevin atasının İ.Əbilov küç.94-də yerləşən ofisində xahiş etmişik ki, oğlu Elvinin bizdən aldadıb aldığı 32000 manat pulların qaytarılmasına yardımçı olsun. Atası isə peşəkarcasına bizə bildirib ki, o Elvinin hərəkətlərindən bezibmiş, onu işdən ( 250 manat əməkhaqqı verdiyi ) təzəcə qovubmuş, daha onu Elvinin işi maraqlandırmır və s. boş boş sözlər. Yəni, atasının dediklərindən belə başa düşülür ki, aldanmışıq, lakin  pulunuzdan əl çəkin gedin, pul almağı yaddan çıxarın. Nə mənim, nə də Elvinin sizlərə qaytarası pulumuz yoxdur. Lakin, biz hər dəfə Elvinin atasının “Röyal print” MMC –si olan ofisinə gəlib oğlu ilə görüşəndə, ona pul verəndə, danışıqlar aparanda, ofisdə çap məhsulları istehsal edən və dəyəri 100000 manat olan avadanlıqları görəndə Elvin məhz bu çap sexinin onlara məxsus olduğunu və heçnədən narahat olmadan bizə sərmayə qoymağa inandırırdı. Bu zaman bizim gəlişimizi, söhbətlərimizi sakitcə dinləyən atası gündüz kişi vaxtında bizə demirdi ki, ay uşaqlar oğlum dələduzluq maddəsi ilə məhkum edilib, hazırda da onun borclarını ödəyirəm, nə badə ona pul verəsiniz və s.  Deyib məsləhət vermədi. Əksinə özünü bilməzliyə qoyub, bütün prosedura göz yumurdu. Elə çap sexində işləyən digər qardaşı Elmir də həmçinin. Bir sözlə, bu ailə üzərində apardığımız son araşdırmalardan belə qənaətə gəlirik ki, Elvin peşəkar dələduz kimi bizim kimi yeni-yeni “qurbanlar” tapmaqla, etimad qazanmaq və sonda aldadaraq pulları mənimsəməklə 2018-ci ildə 8 nəfəri aldadıb mənimsədikləri 300000 dollar pulu tam ödəmək üçün öhdəlik götürüblər Və Elvini qabağa verməklə gecə-gündüz ailəvi “işləməklə” məşğuldurlar. Atasının 2001-ci ildən qurub-yaratdığı “Royal Print Kompany” MMC –də həm gözdən pərdə asmaq üçün, həm də ailənin guya real işlə məşğul olmaları təsəvvürü yaratmaq üçün təşkil etdikləri bir vasitədir-teatr dekorasiyasıdır.   

     Biz 12 sentyabr 2019-cu il tarixində  Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə rəsmi müraciət edərək dələduz E.Əliyevdən bizə vurmuş olduğu maddi ziyanın ödəniməsində köməklik göstərilməsini xahiş etdik.

    İş təhqiqatçı Fuad Cənnətovun icraatına verilmişdir. O, Elvini sentyabrın 22-də 27-ci PB-nə dəvət etsə də, dələduz əvvəlcə gələcəyini söz vermiş və yoxa çıxmışdır. Dələduzun axtarıb tapılaraq bölməyə gətirilməsi əməliyyatçı, polis kapitanı Cavid müəllimə həvalə edilmiş və 3 gündən sonra peşəkar dələduz yaxalanaraq təhqiqatçıya təhvil verilmişdir. Dələduz yazdığı izahatında özünümüdafiə mövqeyindən çıxış etsə də, Təhmasibdən başqa bizə olan borclarını qismən etiraf etmiş ( məbləğləri azaltmaqla ) və tez bir zamanda ödəyəcəyinə söz vermişdir. Guya bizim yanımızda təkcə bir epizodda Təhmasibin Faiq adlı tanışından alıb ona verdiyi 3000 manat pulu da danıb batırır. Lakin yenə də aradan keçən 11 gün ərzində bizə bir manat da olsa pul ödəməmişdir. Bu arada mən 23 sentyabr 2019-cu ildə Daxili İşlər Nazirliyinin rəsmi saytında Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi cənab Emil Usubovun bu məsələ ilə əlaqədar qəbuluna yazılmış və xahiş etmişəm ki, adımla XOCALI faciəsini yaşatdığım kimi, başıma gətirilən dələduzluğun qarşısının alınması üçün mənə köməklik göstərilsin. Bu müraciətimdən dərhal sonra DİN-nin Baş İstintaq və Təhqiqat idarəsi tərəfindən iş materialları 01 oktyabr 2019-cu il tarixində təhvil alınmışdır. Hələlik isə bir yeni xəbər yoxdur.    

    Bir daha xatırlatmaq istəyirəm ki, son vaxtlar Elvinin ailəsi hər ayı 800 manata tez – tez icarəyə götürdüyü və atası – qardaşıgil ilə birlikdə yaşadıqları evləri dəyişirlər, “Azeri-Dizayn” firması ilə saxta etibarnamə tərtib edərək özlərinə məxsus olmuş “Tayota Camry” avtomobilini bu firmadan icarəyə götürən kimi Elvin Əliyev istifadə edir. Digər icarəyə götürdüyü Prado markalı avtomobilə hər gün 60 AZN icarə haqqı və benzin pulu sərf edirlər. Hazırda Elvin Əliyevin ailəsi Binəqədi rayonu, 9-cu mik.r-n da yerləşən Cəfərov Mirtağı Mircavid oğluna ( mob. 050-226 08 05) məxsus 4 otaqlı  mənzildə kirayədə yaşayırlar. İş telefonu, (012) 595 11 71 və mob. 055 250 73 30-dur. Atası ona hər ay 200 -400 manat arası maaş versə də, hər ay ailəsinə, əyləncə və dolanacaq üçün 7-8000 AZN pul xərcləyir. Bir evdə yaşayan atası Gündüz isə soruşmur ki, hər gün birlikdə ailəsilə və özünün iştirakı ilə restoran və əyləncə mərkəzlərinə xərclədiyi 300 manat  pullar sənə haradan olur?

     Hörmətli, cənab Prezident! Biz təcrübəsiz, hərbi xidmətdən yenicə qayıtmış, hamını özümüz kimi vicdanlı hesab edən gənclər gözlənilmədən bir peşəkar dələduzun toruna düşmüşük. Odur ki, düşdüyümüz ağır iqtisadi vəziyyəti nəzərə alaraq dövlətimiz və cəmiyyətimiz üçün təhlükə mənbəyi olan bir ailənin əsas dələduz fiquru – Elvin Əliyevdən bizdən aldadaraq aldığı pulların qaytarılmasına köməklik göstərməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password