Şəkidə Yol Polisi əməkdaşları vətəndaşın avtomobilini necə qaçırdı?

Şəki rayonu Aşağı Göynük kənd sakini, Əbdürrəhimov Sadiq Məmmədəli oğlu Aktualinfo.org onlayn qəızet redaksiyasının elektron ünvanına ictimailəşdirilməsi və ölkə başçısı İlham Əliyev cənablarının diqqətinə çatdırılması məqsədi ilə olduqca maraqlı bir müracıət edib.Müraciətdə müəllif son dövrün ən aktual məsələlərindən birinə toxunub və Şəki rayon Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz, özbaşına əməllərinin qarşısının alınması məqsədi ilə aidiyyatı qurumlardan xahiş edir. Sadiq Əbdürrəhimovun müraciətini oxuculara təqdim etməzdən öncə xatırlatmat istərdik ki, bu gün Dövlət Yol Polisi əməkdaşlarının bi cür qanunsuz əməlləri ilə demək olar ki,ölkə ərazisindəyaşayan hər bir avtomobil sahibi üzləşir. Lakin bu qədər qaba şəkildə qanun tapdamaq, vətəndaşın cəriməsini ödədikdən sonra avtomobilini qaçırmaq görünməmiş bir şeydi. Odue ki, vətəndaş Sadiq Əbdürrəhmanovun müraciətini olduğu kimi oxuculara təqdim edirik. O,yazır:

        Cənab Prezident İlham Əliyev, əvvəlcə bildirmək istəyirəm ki, son vaxtlar Şəki Dövlət Yol Polisi əməkdaşlarının yerli vətəndaşlarımıza qarşı etdikləri qanunsuz hərəkətlər hamını boğaza yığıb. Sentyabrın 23-də Qax şəhərinə çatmamış 822 nömrəli DYP avtomobilini idarə edənlərin göstərişi ilə naməlum DYP işçiləri  idarə etdiyim şəxsi NİVA markalı 90 BX 213 nömrəli avtomobilimi saxlad;lar və mənimlə mübahisəyə başlad;lar. Biri əl atıb qapını açır, digəri açarı almaq istəyir və s. anormal hərəkətlər. Sonda təhlükəsizlik kəmərindən istifadə etməməyə görə protokol tərtib edirlər. Amma bir surətini vermədilər. Səhəri günü yenə gəlib yazdıqları protokolu tələb edib alıram. Və görürəm ki, protokola Yevlax-Zaqtala yolunun 18-ci km-də guya hadisənin olması barədə məlumatlar qeydə alınıb. Halbuki, mən Şəki-Qax yolunda saxlanılmışam. Mən cərimənin protokol nömrəsinə görə ödəməyə görə bu sənədi onlardan alanda məlum oldu ki, bu DYP işçiləri əslində koordinat üzrə Yevlax – Zaqatala yolunda xidməti vəzifələrini həyata keçirməli idilər. Lakin hamımıza məlumdur ki, həmin yolda əsaslı tikint-təmir işləri getdiyindən, bu şosseyə təhkim olunan 822 nömrəli DYP avtomobili 90 km kənarda xidmət göstərməli olan digər DYP avtomobilini gizli sövdələşmələri nəticəsində qanunsuz olaraq öz ərazisinə dəvət edir ki, iş yoldaşları “ac qalmasınlar” və 822 –nin ərazisinə daxil olub, dolnasınlar. Qazancı da bölsünlər. 822 nömrəli DYP avtomobili isə həmin ərazidə fəaliyyətdə olan təxminən 800 avtomobillə gizli anlaşdığına ( aylıq plan məsləsi) görə onlara qarşı Azərbaycan qanunlarını tətbiq edə bilmir. Ona görə də kənardan bu zonanın avtomobillərini “qarmağa” saldırmaq üçün bu yolu seçib pul qazanırlar.Qoy qazansınlar. Mən sentyabrın axırında bu dəstəni ifşa etdiyimə görə xahiş minnət etdilər və dərhal da özləri yazdıqları 40 manat cəriməni özləri əvəzimə ödədilər.

    Budur, oktyabrın 3-də günortadan sonra mənə bildirdilər ki, səni Şəki DYP əməkdaşları axtarırlar. Mən Aşağı Göynük kəndindəki “Göynük petrol” yanacaqdoldurma məntəqəsinin yanında avtomobili saxlayıb VAZ 2106 markalı, ağ rəngli, 10 DJ 106 nömrəli şəxsi avtomobillərində əyləşmiş iki nəfərlə görüşdüm. Biri mülkü formada, digəri polis formasında idi. Dedilər ki, sənin 90 BX 213 nömrəli avtomobilinin 10 manat cəriməsi olub və sən onu ödəmədiyinə görə avtomobilini aparmalıyıq. Sürücülük vəsiqən də ləğv olunur. Mən bildirdim ki, axı mənim nə mobil telefonuma, nə də poçtla evimə protokol gəlməyib ki, mən bu 10 manatı dərhal ödəyim. Dedilər, ya 200 manat hörmət elə ki, biz sistemdən bu ərizəni silək, ya da avtomobil aparmalıyiq və “prava”n da ləğv olunacaq. Mən dərhal 902 qaynar xəttinə zəng etdim. Bildirdilər ki, sənin cərimən olubdur və aktivdir. Cəriməni ödə məslə bitsin. Qaynar xəttdə mənə cavab verən kişi yanımdakı polislə də danışdı. O özünü baş inspektor Ramil Adamov kimi təqdim etdi və bildirdi ki, sürücünün cəriməsi 16 manatdır. Mən yaxındakı aparatda cəriməni ödəyib gəldim. Bu zaman özlərini DYP işçiləri kimi təqdim edənlərdən biri avtomobilimə oturub Şəki istiqamətində sürməyə başladı, digəri də şəxsi VAZ 2106 avtomobillə onun arxasınca sürüb getdilər. Onlar mənim ödədiyim qəbzi də nəzrə almadılar. Bəli, bu mənə qarşı sifariş idi ki, gedin onu cəzalandırın ağlı başına gəlsin ki, 23 sentyabr protokolunu niyə bizdən istəyib alıb.

  Avtomobilimin oğurlanması faktına görə dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat verdim. Qeydə alındı. Amma hələlik heç bir tədbir görülmür.

     Cənab Prezident! Əvvəlcə bildirmək istəyirəm ki, mən pulu zülmlə, əziyyət çəkib qazanıram. Ermənilərin başına 3 milyon pul qoyduğu rəhmətlik qardaşım Faiq Əbdürrəhimov ona görə şəhid olmayıb ki, bu gün DYP, İcra, məhkəmə, həkim, dövlət məmuru adı altında bizim kimi sadə vətəndaşları qulluq mövqelərindən süi-istifadə etməklə incitsinlər, pul tələb etsinlər və gedib haram pullarla evdə arvad-uşaqlarına yedizdirib özlərini “kişi” hesab etsinlər. Mən bu kateqoriyalı bütün insanları vəzifəsindən asılı olamyaraq heyvan hesab edirəm. Pulu kişi kimi qazanarlar! Xahiş edirəm mülkü formada DYP adı altında quldurluqla məşğul olanların dərhal müəyyənləşdirilib cəzalandırılması üçün aidiyyatı üzrə göstəriş verəsiniz.

    Hörmətli, Zeynalov Ramiz! Sadə bir vətəndaş olaraq sizdən tələb edirəm dərhal mülkü formada DYP adı altında gəlib avtomobilimi oğurlayıb aparan, poli adına ləkə gətirən oğrularınızı tapıb cəzalandıra və avtomobilimin yerinə qaytarılması barədə göstəriş verəsiniz.

Aktualinfo.org xatırlatmaq istəyir ki, son vaxtlar Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti ilə bağlı istər sosial şəbəkələrdə,istərsə də elektron kütləvi informasiya resurslarında kifayət qədər şikayət xarakterli yazılar yayılmaqdadır.Vilayət Eyvazovun Daxili İşlər naziri təyin olunmasından sonra Baş Dövlət Yol Polisi İdarəsinin rəisi  Ramiz Zeynalovun da vəzifəsini tərk edəcəyi gündəmdə olasn məsələlərdən biridir. Rmiz Zeynalovun rəhbərliyi dövründə bu sahədə çoxsaylı qanunsuz halların baş verməsi onun tezliklə vəzifəsindən kənarlaşdırılmasına səbəb ola bilər.O ki, Şəki DYP əməkdaşlarının qanunsuz əməllərinə. Burada günahkar axtarmağa ehtiyac yoxdur. Şəki rayon Dövlət Yol Polisi İdarəsinin rəisi Şaymir müəllimi bu vəzifədə oturdanlardadır günah. Məlumatlara görə DYP rəisi gənclik illərində ölüm hadisəsi ilə nəticələnən törətdiyi avtomovil qəzası necə ört basdır edilibsə,o indi Şəki kimi rayonda rəislik edir. Onu bu vəzifəyə isə deyilənlərə görə Şəkidə uzun illər DYP rəisi olmuş dayısı təyin etdirib. Ramiz Zeynalov da onun qaranlıq keçmişi ilə bərabər,bu günkü özbaşınalıqlarına da göz yumur..

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password