Qazaxda mülki şəxs ermənilər tərəfindən vuruldu

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

Döv­lət Sərhəd Xidmətindən mətbuata verilmiş məlumata görə, dünən  saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan ekskavato­rumuz düşmən tərə­findən atə­şə tutul­muşdur. Nə­­ti­cə­də ekskavatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­ıb.

Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyyəsi təmin olunmuş, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün ol­­ma­­yıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurul­ub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password