Dünya yeni qlobal iqtisadi böhranın astanasında – Azərbaycanı nə gözləyir?

“Oktyabrın 18-dən etibarən ABŞ Avropadan idxal etdiyi şərab, viski, pendir və bir sıra başqa məhsullara yeni idxal vergisi tətbiq edəcək. Dünən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edən Tramp Administrasiyası Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan idxal edilən şərnişin təyyarələrinə 10 faiz, İrlandiya və Şotlandiya viskiləri və digər Avropa məhsullarına 25 faiz rüsum tətbiq etmək niyyətindədir”.

Dünya yeni qlobal iqtisadi böhranın astanasında -

Bunları mətbuata açıqlamasında  iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun fikrincə, bu addım qlobal ticarət savaşının yeni mərhələyə qədəm qoyması anlamına gəlir:

“Bu kontekstdən, 2020-ci ildə də qlobal iqtisadi artım tempinin azalması və strateji bazarlarda volatilliyin yüksək olması gözləniləndir. Deməli, ticarət savaşları yeni qlobal iqtisadi böhran üçün ciddi əsaslar yaratmaqdadır”.

Ekspert həmçinin qlobal ticarət savaşının neftə təsirindən də danışıb:

“Yeni qlobal ticarət savaşı artıq birjalara təsir göstərməkdədir. Brent markalı neftin bir barelinin qiyməti 58 dollardan aşağı düşüb. Neftin qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan çox vacibdir. Ölkəmizin ixracatında xam neftin payı 81 faiz, enerji məhsullarının ümumi payı isə 90 faizə yaxındır. 2019-cu il dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hələlik orta qiymət 60 dollardan yüksək olsa da, növbəti 3 aydakı tendensiya heç də nikbin notlar formalaşdırmır. Azərbaycan üçün fiskal qırmızı xətt 60, monetar qırmız xətt isə 50 dollardır. Bu baxımdan, neftin qiymətindəki azalmalar monetar baxımdan da arzuolunan deyil. Neftin qiymətində azalmalar davam edərsə, bu dünya bazarında dolların möhkəmlənməsinə səbəb olacaq. Bu halda ölkəmizdə də dollara tələbin artacağı istisna edilmir. Hər halda, qlobal ticarət savaşı nəinki inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr üçün də yaxşı nə isə vəd etmir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password