Rafael Cəbrayılovun mandatı ləğv edildi
Mərkəzi Seçki Komissiyası bu gün deputat Rafael Cəbrayılovun mandatından imtina etməsi ilə bağlı müraciətinə baxıb.
, MSK-nın qərarı ilə R. Cəbrayılov deputat mandatından məhrum edilib.
Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib.
“Rafael Cəbrayılov Milli Məclisə müraciətində qeyd edib ki, guya o, III və IV çağırış deputat vəsiqəsini girov qoymayıb”.
Bunları isə MSK katibi Mikayıl Rəhimov deyib. MSK katibi bildirib ki, R. Cəbrayılov müraciətdə bunun yalan olduğunu vurğulayıb.
“Məktubda bildirib ki, bu məsələ tamamilə yalandır. Vəsiqəsi özündədir. Qeyd edim ki, onun 15 illik deputat fəaliyyəti ilə bağlı MSK- ya xüsusi şikayətlər daxil olmayıb. Son dövrlər mətbuatda yazılanlar isə onun nə qədər qeyri-səmimi davrandığını göstərir. Deputat mandatından kənar fəaliyyətlə məşğul olursansa, bu, həm öz adına, həm də Milli Məclisə xələl gətirir. Arzulayırdıq ki, deputat qanunazidd hərəkətlər etməsin. Əgər deputat mandatından imtina etmək istəyirdisə, o birinci növbədə Mərkəzi Seçki Komissiyasına müraciət etməli idi. Ancaq o, Milli Məclisə müraciət edərək, onların mərhəmətinə sığınmaq istəyib. Onun mandat daşımağa haqqı yoxdur””, – deyə o əlavə edib.(APA)