ÇL – “Qalatasaray” məğlub oldu, “Bavariya” Londonda tarix yazdı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib.

Aktualinfo.org  xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşıblar.

Türkiyə təmsilçisi “Qalatasaray” İstanbulda Fransa PSJ-sini qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da paytaxt təmsilçisi ilk dəfə Türkiyədə qalib gəlməyi bacarıb. Bu, PSJ-nin qrupda ardıcıl 2-ci qələbəsi olub.

“Qalatasaray”la eyni qrupda yer alan “Real Madrid” isə İspaniyada Belçika “Brügge”sinə məğlubiyyətdən qurtularaq, əzmkar heç-heçəyə nail olub.

Gecənin ən məhsuldar görüşü İngiltərədə qeydə alınıb. “Tottenhem” Londonda Almaniya “Bavariya”sına 2:7 hesabı ilə uduzub. Bu, Münhen komandasının ardıcıl ikinci qələbəsi olub. “Srvena Zvezda” isə Serbiyada “Olimpiakos” üzərində inamlı qələbə qazanıb – 3:1.

C qrupunda Ukrayna “Şaxtyor”u İtaliyada “Atalanta”nı, İngiltərənin “Mançester Siti” klubu isə Xorvatiyanın paytaxtı Zaqrebdə

Çempionlar Liqası

II tur

A qrupu

20:55. “Real Madrid” (İspaniya) – “Brügge” (Belçika) – 2:2

Qollar: Serxio Ramos, 55. Lukas Kazemiro, 85 – Emmanuel Bonaventure, 9; 39

Qırmızı vərəqə: Ruud Vormer, 84 (“Brügge”)

23:00. “Qalatasaray” (Türkiyə) – PSJ (Fransa) – 0:1

Qol: Mauro İkardi, 52

Xal durumu: PSJ – 6, “Brügge” – 2, “Qalatasaray” – 1, “Real Madrid” – 1.

B qrup

23:00. “Srvena Zvezda” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) – 3:1

Qollar: Miloş Vuliç, 62. Nemanya Vulinoviç, 87. Riçmond Boakye, 90 – Ruben Semedo, 37

Qırmızı vərəqə: Yassin Benzia, 58 (“Olimpiakos”)

23:00. “Tottenhem” (İngiltərə) – “Bavariya” (Almaniya) – 2:7

Qollar: Hın Min Son, 12. Harri Keyn, 61 (pen.) – Coşua Kimmix, 15. Robert Levandovski, 45; 87. Serj Qnabri, 53; 55; 83; 88

Xal durumu: “Bavariya” – 6, “Srvena Zvezda” – 3, “Olimpiakos” – 1, “Tottenhem” – 1.

C qrupu

20:55. “Atalanta” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:2

Qollar: Duvan Zapata, 28 – Junior Moraeş, 41. Manor Solomon, 90+5

Dəqiq yerinə yetirilməyən penalti: Yosip İliçiç, 16 (“Atalanta”)

23:00. “Mançester Siti” (İngiltərə) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:0

Qollar: Rəhim Sterlinq, 66. Fil Foden, 90+5

Xal durumu: “Mançester Siti” – 6, “Şaxtyor” – 3, “Dinamo” – 3, “Atalanta” – 0.

D qrupu

23:00. “Yuventus” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) – 3:0

Qollar: Qonsalo İquain, 17. Federiko Bernardeski, 62. Kriştianu Ronaldu, 89

23:00. “Lokomotiv” (Moskva, Rusiya) – “Atletiko” (Madrid, İspaniya) – 0:2

Qollar: Juan Feliks, 48. Tomas Partey, 58

Xal durumu: “Atletiko” – 4, “Yuventus” – 4, “Lokomotiv” – 3, “Bayer” – 0.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password