Deputatın bəlasını gətirmiş pulların gerçək sahibi üzə çıxdı

Son günlər millət vəkili Rafael Cəbrayılovun ətrafında baş verən ajiotaj maraqlı faktların üzə çıxmasına səbəb olub. Belə ki, deputatla bağlı borc qalmaqalı sosial mediada bir universitet müəlliməsinin 300 minlik sərvəti necə əldə etməsi sualını da ortaya çıxarıb.

Həmin pulların əslində Xatirə Nəcəfovaya aid olmadığı ortaya çıxıb. Belə ki, universitet müəlliməsi bu məsələdə sadəcə “vitrin” funksiyasını oynayır. Əslində isə pulu verən də, pulun sahibi də özlərini kölgədə saxlamaq üçün onu irəli sürüblər.

Belə ki, deputatın qardaşı Elşən Cəbrayılov borc pulu illərdən bəri əməkdaşlıq etdikləri, daha böyük məbləğlərdə pul alıb qaytardıqları, özünü “Hacı xanım” adlandıran həkim ginekoloq Təranə Fətəliyevadan götürüb. Bu isə yuxarıda qeyd etdiyimiz kimi, ilk iş olmayıb. Elşən Cəbrayılovla Fətəliyevanın uzun müddətdən bəri biznes əlaqələri (faizlə pul alış-verişi) olub. Sadəcə, devalvasiyadan sonra Elşən Cəbrayılov ilə Fətəliyeva arasında ödəmələrə görə, narazılıq yaranıb və bu da sonucda millət vəkilinin başında çatlayıb.

Pulun əsl sahibinə gəlincə, özünü kölgədə saxlamağı bacaran şəxs Tofiq Salmanovdur. Onun kimliyi də çox maraqlıdır. Belə ki, T.Salmanov uzun müddətdən bəri Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) adlanan, hazırda isə adı dəyişdirilərək publik şəxs olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin direktor müavinidir.

Adı daha çox korrupsiyada hallanan qurumlardan olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin direktor müavininin bu qədər maliyyəyə sahib olmasını isə xeyli sayda səs yazıları və özünün əl yazıları təsdiqləyir. T.Fətəliyevanın da bu barədə borclularla təhdidvari danışıqlarında da T.Salmanovun adı əsl pul sahibi kimi çəkilir.

Faizlər və əsas məbləğlə bağlı borclulara verdiyi kağızlar da bir daha göstərir ki, sərvətin əsl sahibi Tofiq Salmanovdur. Onun əvvəlki və yeni sədrinin pullarını da belə “sələmçilik” ilə dövriyyəyə buraxdığı iddia edilir. Onun bu işlərinin icraçısı isə hər zaman bu “Haci xanım” olub. Maraqlıdır ki, borc sahibləri ilə dialoqları zamanı T.Salmanovun ailə üzvləri də bunu təsdiq ediblər. O cümlədən, borca qarşılıq olaraq, Elşən Cəbrayılovun Təranə Fətəliyevaya və Tofiq Salmanova mənzillər verməsi barədə sənədlər də mövcuddur.(yeniçağ.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password