Messinin ən yaxşı seçilməsində saxtakarlığa yol verilib? – FİFA bəyanat yaydı
FİFA 2019-cu ilin ən yaxşı futbolçusunun seçimi ilə bağlı bəyanat yayıb.
Aktualinfo.org xəbər verir ki, ali futbol qurumunun bəyanatında səsvermədə saxtakarlığın olması ilə bağlı iddialara aydınlıq gətirilib və bunun həqiqətə uyğun olmadığı vurğulanıb:
“Nominasiyaların hər biri üzrə səsvermə proseduru üçüncü tərəf təşkilatın – PwC-nin müstəqil nəzarəti altında olub. Səsvermə zamanı FİFA və PwC-nin öncədən müəyyən edilmiş qaydalarına uyğun davranılıb: bütün bülletenlər elektron və yazılı formada göndərilib. Həmin bülletenlər asossasiya nümayəndələri və səsvermə hüququ olan şəxslər tərəfindən imzalanıb. Hər bir sənədə asossasiya möhürü vurulub. FIFA və PwC doldurulmuş və göndərilən bütün bülletenlərin səsvermədə sayıldığını təsdiqləyə bilər. Nəticələrin şəffaflığa dair heç bir yanlış məqama yol verilməyib. Lakin buna baxmayaraq, səsvermənin nəticəsinə təsir etməyən səhvlər aşkarlansa belə, FİFA bunu araşdıracaq və müvafiq olaraq qanuna uyğun qərarlar qəıbul edəcək”.
Qeyd edək ki, ilin ən yaxşılarının seçildiyi mərasim sentyabrın 24-də İtaliyanın Milan şəhərində keçirilib. Cari ilin ən yaxşı futbolçusu adına “Barselona”nın (İspaniya) hücumçusu Lionel Messi layiq görülüb. Lakin səsvermədə səvlərə yol verildiyi barədə müxtəlif yazılar yazılıb, fotofaktlar ortaya qoyulub.