“Fədayə Laçın Hepatit C xəstəsidir” – Vəkili açıqladı

Mən 14 illik vəkil təcrübəmdə ilk dəfədir belə səmərəsiz məhkəmə prosesi  görürəm. Artıq məhkəməyə çağırış üçün elektron bildiriş gələndə gülməyim gəlir. Çünki yenə təxirə salınacağını düşünürəm”. 

Bu sözləri həbsdə olan müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı keçirdiyi mətbuat konfransında deyib. O sözlərinə belə davam edib:

“Nə qadın, nə müğənni nə vətənpərvər  Olduğunu nəzərə alırlar. Vətənin adını təbliğ üçün illər əvvəl Laçın təxəllüsünü götürüb. O, əsgərlərə konsert verib, dövlət tədbirlərində iştirak edib. İlk dəfə cinayət işlədiyini nəzərə alırlar.

Ədalət sistemi işləmir, biz əvvəllər mətbuata açıqlama vermirdik. Çünki şou yaratmaq istəmirdik bu mövzudan  ama gördük ki ədalər sistemu işləmir ona görə artıq sizdən – mediadan kömək istəyirik.

Çox az adam bilir ki, Fədayə Laçın Hepatit C xəstəsidir. Ədliyyə orqanları bunları nəzərə almadan prosesi uzadır.

Biz istəyirik ki, şikayətimiz təmin olunsun. Yekun qərar verilsin, cəzası azalmasa belə. Biz hətta əvvəlcədən bildirmişdik ki, o, hepatit C xəstəsidir.  Orda müalicə ala bilər, dərmanlar verilir, amma azadlıqla həbsxana şəraiti eyni deyil. Xəstəxanaya köçürülməsini istəmişik, amma cavabsız qalıb. Sərt münasibətin səbəbi hadisə görk olsun deyədir. Belə halların qarşısı alınsın, azalsın deyə edilir. Ailəsi soruşur nə vaxt bitəcək? Cavab verə bilmirəm. Məhkəmə işi tapmaca olmalı deyil. Fədayə cinayət törətdiyinin fərqində olmayıb. Çünki belə olsaydı, heç nəyi saxlamazdı. Amma o gizlətməyib, silməyib telefonundan heç nəyi. İşin içərisində heç bir sübut yoxdur. Mən hakim olsaydım, bəraət verərdim. Çünki ortada sübut yoxdur. Məhkəmə hüquqlarımdan sui istifadə edir. Hakim Eldar Rəhimov yekun qərar vermir”.

Vəkil həmçinin bildirib ki, 9 xalq artisti F.Laçın barədə humanist qərarın verilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib:

“Xalq artistləri Aftandil Hacıyev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov, Səkinə İsmayılova, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və Zaur Rzayevin Prezident və birinci xanıma müraciətləri olub. Bu müraciətləri, Fədayənin ilk cinayətinin olması və səhhətindəki problemləri əsas sayaraq ədliyyə orqanlarına media vasitələri ilə müraciət edərək prosesin ədalətli keçirilməsini xahiş edirəm”.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri – Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password