Kərəm Həsənovun Şəkidəki işçiləri Məhkəmə qərarlarına da meydan oxuyur
Şəki rayon Baş Göynük kənd sakini Mehman Mustafayevin ölkə başçısı İlham Əliyev cənablarına ünvanladığı müraciət at bir dəfə dövrü mətbuatda içşıqlandırılıb. Mehman Mustafayev üzləşdiyi problemin qanun çərçivəsində həll olunmadığını görüb Prezident İlham Əliyevə və Ədliyyə naziri Fikrət Məmmədova daha bir mçüraciət ünvanlayıb. O,Əmlak Məsələləri Dövlət Komitəsi, Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti, Şəki Regional Ərazi İdarəsi əməkdaşlarının özbaşına əməllərindən və Şəki rayon Məhkəməsi hakiminin onun işinə qərəzli yanaşmasından şıkayətçidir.
Aktualinfo.org Mehman Mustafayevin müracıətini olduğu kimi oxuculara təqdim edir
2018-ci ilin may ayından bu günədək Şəki rayon məhkəməsində başıma gətirilən oyunbazlıqlardan, süründürməçilikdən yorularaq Sizlərə müraciət edirəm:
Qonşum Babayev İsmayıl Qurban oğlu mənə məxsus pay torpağımın ona verilməsilə bağlı mənə qarşı 2018-ci ildə qaldırdığı iddia Şəki Rayon Məhkəməsində sədrlik edən hakim K.Süleymanov tərəfindən baxılmış və iddiaçıya izah olunmuşdur ki, cavabdeh Mehman Mustafayevə verilmiş mübahisəli torpağın çıxarışı ilə bağlı Şəki İnzibati-İqtisad məhkəməsinə müraciət edə bilər. lakin iddiaçı İ.Babayev 2018-ci ilin 21 oktyabrında mənə DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş çıxarışla razılaşmayaraq 19 yanvar 2019-cu ildə mübahisələndirilən eyni yerə ikinci dəfə saxta çıxarış aldıqdan dərhal sonra, 30 yanvarda yenidən məni Şəki rayon Məhkəməsinə cavabdeh kimi cəlb etmişdir. Çox qəribə də olsa iddia hakim Pərviz Haciyev tərəfindən icraata götürülmüş və DƏDRX-nin Şəki Reyestr Xidməti tərəfindən mübahisələndirilən 0.4 ha torpaq sahəsinə hər iki tərəfin adına çıxarış verdiyinə görə hakim məcbur olub məsələyə ekspert rəyi verilməsi üçün Ədliyyə Nazirliyinin tikinti-texniki ekspertizasına göndərilməsi barədə bu ilin aprelin 10 da qəradad qəbul etmişdir. Eyni zamanda hakim həmin gün mübahisələndirilən yerə baxış da keçirmişdir.
Məhkəmə icraatının dayandığı bu arada, 1 iyun 2019-cu ildə (həftənin 6-cı günü) DƏDRX-nin Şəki Ərazi idarəsinin əməkdaşları Əhməd və Etibar adlı şəxslər əvvəlcə mənə zəng edərək mübahisələndirilən yerə gəlməyi və İ.Babayevin Kərəm Həsənova yazdığı şikayət məktubunu yerində araşdıracaqlarını bildirmişlər. Mən xatırlatdım ki, axı iş məhkəmə icraatında olduğu bir vaxtda və ekspert rəyi məhkəməyə təqdim edilmədən nəyə görə sahəyə gəlməliyəm? Etibar dedi ki, özün bilərsən. Sabahı günü yerə baxmağa gedərkən gözlərimə inanmadım.
Iddiaçı İ.Babayev məhkəmə ekspert rəyini və məhkəmə qərarını gözləmədən mübahisəli yerin dörd tərəfini payalarla və tikanlı məftillərlə bərkidərək mübahisəli yeri zəbt etmişdir. DƏDRX-nin Etibar adlı əməkdaşı da bu prosesdə iştirak etmiş və icazə vermişdir ki, öz şəxsi yeri kimi kənarını təcili olaraq bərkidə bilər. Sadə məntiqlə düşünəndə DƏDRX-nin Şəki Ərazi İdarəsi əməkdaşları Kərəm Həsənova yazılmış məktub əsasında məhkəmə qərarını və ekspertizanın rəyini gözləmədən yol verdikləri özbaşnalıqları o deməkdir ki, iddiaçı- şikayətçi İ.Babayev DƏDRX-nin Şəki Ərazi İdarəsindən tələb etmişdir ki, (məhkəmədə iddiası təmin olunmayacağına əmin olduğuna görə) ya verdiyi 5000 manat rüşvəti qaytarsınlar, ya da dərhal yerini tanıtsınlar. DƏDRX-nin Şəki Ərazi İdarəsi də təbii ki, yuxarı instansiyasına göndərdiyi rüşvətin geri qaytarılmasının mümkün olmadığını dərk edib və məcbur olublar ki, Şəki Rayon Məhkəməsinin ekspertizanın keçirilmə müddətində torpaq üzərində hər hansı hərəkətin qadağan olunmasına baxmayaraq DƏDRX yerli əməkdaşları səlahiyyət hədlərini aşaraq məhkəmə qərarına əhəmiyyət verməmiş, və aldıqları rüşvətin əvəzinə özbaşnalıq edərək mübahisəli torpağı İ.Babayevə təhvil-təslim edib əsassız 01 iyun 2019-cu il tarixli AKT tərtib edib bir nüsxəsini ididaçıya, birini də Kərəm Həsənova göndərmişlər. Baxın, DƏDRX-nın simasız rüşvətxorlarının məhkəməyə qarşı göstərdikləri bu sayğısızlığı və özbaşnalığı nə adlandırmaq olar? Nəyə görə ilk olaraq mübahisəli ərazinin çıxarışı mənə veriləndən 3 ay sonra DƏDRX tərəfindən iddiaçıya da çıxarış verilir? Belə bir özbaşnalıq dünyanın hansı olkəsində ola bilər? Heç birində.
Şəki rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev bu ilin aperlin 10-dan mübahisəli torpağın koordinatlarının dəqiqləşməsi işi üzrə Ədliyyə Nazirliyinin Ekspert mərkəzinə rəy alınması barədə qəradad qəbul etmişdir. 5-i aydır ki, ekspert rəyi gəlib ortalığa çıxmırdı. Doğrudan da süründürməçi hadisələrin gedişi hələlik iddiaçı tərəfin xeyrinə cərəyan etmişdir. Mən isə 2019-cu ildə ailəmi öz torpağımı əkib becərə bilmədiyimə görə ( məhkəmənin aprel qəradadına görə) onları ac qoydum. Bu da gözlədiyimiz ƏDALƏT. Sağ olsunlar yaxşı qonşuları ki, bizi acından ölməyə qoymadılar., köməklik etdilər ki. ayaq üstə qalaq. Baş Prokurorluqdan da mənə zəng edib bildirilər ki, məsələ məhkəmə icraatında olduğuna görə biz hələlik qarışa bilmərik. Bəli, mən razı. Və ədalətli məhkəmədən onu da gözləyirəm ki, qarşı tərəfə maddi maraqları təmin olunduğu halda bütün saxtakarlıqları etmiş DƏDRX in Şəki Ərzi İdarəsinin əməkdaşlarının törətdiyi korrupsiya halları barədə möhtərəm hakim xüsusi qəradad qəbul edərək hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərəcəkdir. İşin bu formada cərəyan etməsindən narahat olan DƏDRX ın Şəki ərazi İdarəsi rəisi avqustun əvvəlində məni dəvət edərək bildirmişdir ki, Mehman, sən gəl bizim ikinci dəfə iddiaçı tərəfə verdiyimiz çıxarışın ləğv olunması üçün Şəki İnzibati-İqtisad Məhkəməsinə müraciət et, qoy məhkəmə qarar versin biz də onun çıxarışını sistemdən silərik. Vəssəlam. Qeyd etdim ki, vaxtilə sizin buraxdığınız kobud səhvi düzəltmək üçün nə məmin maddi, nə də vaxt imkanım yoxdur ki, məhkəmə yollarında süründürməçiliyə düşüm. Rəis qeyd etdi ki, maddi cəhətdən narahat olma yol puludur, məhkəmə xərcləridir biz sənə kömək edərik. Razılaşmadım və otaqdan durub çıxdım. Budur, sentyabrın 10-da məni yenidən məhkəmə prosesinə dəvət etdilər. Məlum oldu ki, 2(075) 678/2019 saylı iş üzrə
10 apreldə təyin olunmuş tikinti-texniki ekspertizası 5 ay ərzində sonda rəy verməkdən imtina etmiş, sənədləri geri məhkəməyə qaytarmış və bunu onunla əsaslandırmışdır ki, ƏMDK Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən mütəxəssis rəyi verilməyibmiş. Lakin işdə olan 08/08-2019 tarixli, 190920205045 nömrəli ƏMDK yanında DƏK Kadastr və Ünvan Reyesrt Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq obyektinə baxış keçirilmiş və rəy verilmişdir. Ona görə də hakim P.Hacıyev 10 sentyabr 2019-cu il tarixli növbəti məhkəmə prosesində hesab etmişdir ki, ƏN Məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi barədə qərarın icrası təmin edilmədiyindən yenidən icra edilməsi məqsədəuyğun hesab edilmiş və yenidən ƏN-nin Mərkəzi Ekspertiza Mərkəzinə göndərilməsi və rəy alınması üçün göndərlməsi qərara alınmış və məhkəmə icraatı yenə 5 aylıq dayandırılmışdır.
İndi baxın, bu məhkəmə oyunbazlığından hansı nəticəyə gəlirik:
Ekspert 9 avqust 2019-cu il tarixində rəy verməkdən imtina etmə barədə qərar qəbul edir, elə bir gün əvvəl də ekspertə lazım olan ƏMDK yanında DƏK Kadastr və Ünvan Reyesrt Xidməti tərəfindən mütəxəssis rəyi rəsmən verilir. Deməli, ƏMDK yanında DƏK Kadastr və Ünvan Reyesrt Xidməti məhkəmə ekspertilə gizli razılaşıblar ki, 4 aydan sonra, yəni avqustun 8-də yerə baxış keçirib mütəxəssi rəyi versinlər, Məhkəmə tikinti eksperti də 1 gün sonra məhkəməyə rəy verməkdən bu bəhanəilə imtina edir ki, mütaxəssi rəyi guya çatışmırmış. Möhtərəm hakim də bu oyunbazlığa inanaraq 1 ay sonra yenidən icraata başlayır və yenidən ekspert rəyi alınması üçün icraatı növbəti 5 ay müddətində “dondurur”. Əla planlaşdırılmış əsl saxta peşəkarların oyunudur, elə deyilmi, cənablar! Bəs bu məhkəmə-ekspert-mütəxəssis oyununu təşkil etməkdə və uzatmaqda məqsəd nədir? Məqsəd odur ki, cənab hakim DƏDRX-nin Şəki Ərazi İdarəsinin rüşvətxor əməkdaşları barədə eyni əraziyə çıxarış verdiklərinə, və digər qanunpozuntu hallarına yol verdiklərinə görə xüsusi qəradad qəbul edərək, hüuqi qiymət verilməsi üçün prokurorluğa göndərməli idi. Və uzadılmış vaxtdan- məhkəmə-ekspert süründürməçilindən maksimum faydalanaraq məni dilə dişə tutmaqla verdikləri çıxarışı inzibati məhkəmə qaydasında ləğv etdirmək istəyirdilər. O biri tərəfdən də məhkəmənin iclas katibi də mənə təklif edir ki, Mehman yaxşı olar ki, bir ərizə məhkəməyə təqdim edəsən ki, mən iddiaçının çıxarışını ləğv etdirmək üçün yerli İnzibati-iqtisad məhkəməsinə müraciət etmək barədə bizə ərizə təqdim edəsən, biz də icraatı o vaxta qədər dayandıra bilərik. Bax, Şəki Rayon Məhkəməsinin də süründürməçiliyinin əsl mahiyyəti budur ki, işi bu formada, DƏDRX-nin Şəki Ərazi İdarəsilə razılaşdırılmış formada həll edərək, törətdikləri saxtakarlıq və rüşvətxorluq faktından birdəfəlik canlarını qurtara bilsinlər. Bəs bu məhkəmə məzhəkəsindən ən çox əziyyət çəkən və ailəsi ac qalan hansı tərəf olur? Təbii ki, cavabdeh tərəf kimi mən oluram. Ona görə də qərara almışam ki, Şəki Rayon Məhkəməsində bir tərəf olaraq süni formada yanvarın 30-dan bəri başıma gətirilən bu özbaşnalığın və süründürməçiliyin qarşısının dərhal qarşısının alınması üçün cənab Prezidentə və cənab Ədliyyə naziri Fikrət Məmmədoava müraciət etməkdən başqa seçim qoymurlar. Mən də inanaıram ki, istər dövlətimizin başçısı olsun, istərsə də ədliyyə naziri hər ikisi yüksək ziyalı insanlardır. Və mənim indi məhkəmə tərəfindən 6 aydır torpaqdan istifadə edə bilmədiyimə görə nə qədər ziyan çəkdiyimi yaxşı bilirlər. Ar olsun, bu süründürməçilərə! Görün pula görə Azərbaycan Qanunlarını necə barmaqlarına dolayırlar! Ki, sonda evlərinə, arvad-uşağına gizli danışıb sövdələşmələri nəticəsində qazanacaqları haram pulları aparıb versinlər.
Çox hörmətli Prezident! Mən çox təəssüf edirəm ki, bir tərəfdən Əmlak Məsələləri Dövlət Komitəsi aşınmanın son həddindədir və iş o yerə çatıb ki, DƏDRX əməkdaşları öz maddi maraqlarını təmin etmək üçün hətta məhkəmə qərarlarına açıq-aşkar sayğısızlıq göstərməkdən belə çəkinm, digər tərəfdən isə Şəki rayon məhkəməsinin hakimi Pərviz Hacıyev işi 1 il əsassız uzatmaqla cinayətkarları məsuliyyətdən azad etməyə ( təbii ki, maddi maraqları təmin olunduğu halda) çalışır. Odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm ki, Azərbaycanda Məhkəmə qərarlarına açıq-aşkar meydan oxumağa cürət edən DƏDRX-nin Şəki Ərazi İdarəsi rəhbərliyinin və onlarla gizli sövdələşmələr( bazarlıq) edən, nəticədə məni əsassız məhkəmə süründürməçiliyə salan hakim P.Hacıyevi törətdikləri qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara göstəriş verməyinizi və mənim başıma gətirilən belə bir ziyanlı ənənənənin qarşısının dərhal alınması üçün lazımi tapşırıqlar verməyinizi xahiş edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Aktualinfo.org