Şəhid əsgərimizin nəşi neytral zonadan götürülüb

Cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən vurulan əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi neytral zonadan götürülüb.

Bu haqda mətbuata rayondakı mənbələr məlumat verib. Xəbərə görə şəhidimizin nəşi Qırmızı Xaç Komitəsinin iştirakı ilə götürülüb.

Qeyd edək ki, R. Abdulrəhimov sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə ermənilər tərəfindən vurulub.

Erməni ordusunun rəsmiləri Raminin Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olması haqda iddia irəli sürüb. Onun cəbhə xəttində təxribat törətməsi haqda məlumat yayıblar.

Azərbaycan Müdafiə Nazirliyi isə bu iddiaları təkzib edib və Abdulrəhmanov Ramin Şövkət oğlunun yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı neytral zonaya keçdiyini bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password