Qobustan Bələdiyyəsinin sədri Vasif Novruzov ölkə başçısına etdiyi şikayətə görə vətəndaşı hədələdi

Ötən həftə Aktualinfo.org Qobustan rayonu Xımıllı kənd sakini Leyla Osmanovanın ölə başçısı İlham Əliyevə unvanladığı şikayət əsasında geniş məqalə yaymışdı. Məqalədə vətəndaşın bir neçə il aldığı torpaq sahəsinin başqasına satılması və Qobustan Bələdiyyəsinin sədri Vasif Novruzovun qanunsuz əmçməllərindən bəhs olunmuşdu.”Qobustan Bələdiyyəsinin torpaq biznesi üç azyaşlı uşaq anasını evsiz qoydu” başlıqlı məqalə yayıldıqdan sonra Aktualinfo.org aidiyyatı orqanlara elektron poçt vasıtəsi ilə müracıət edərək vətəndaşa qarşı olunan haqsızlıqlara münasibət bildirməyi xahiş etmişdi.Aidiyyatı orqanlardan daha tez Leyla Osmanovanın özündən gəldi. O,yazır:
Bir daha Sizlərə təkrar müraciət edirəm ki, Qobustan şəhər bələdiyyəsinin sədri Vasif Novruzov dünən, 16 sentyabrda mənə zəng edib hədə-qorxu gəldi. “Sənə buradan torpaq düşmür, rədd ol get Gürcüstana. Səndə olan sənədlər səhvdir “və s. çərənləmələr etdi.  Xatırladım ki, mənim sənədli yerimi beynini piy basmış və camaata məxsus yerləri illərdir ki, mənimsəyərək başqalarına satan bu harın məmur mənim yuxarı orqanlara etdiyim şikayətə görə hədə-qorxu gəlir, ağzına gələni danışır. Görünən budur ki, pul bu adamı o qədər harınladıb ki, mənim sənədlərimə baxdıqda da, Qobustan rayon İcra Hakimiyyətində 6 il işlədiyimi də nəzrə almır ki, mən Qobustan rayonun Mərəzə qəsəbə sakini olmuş və hazırda da Ximilli kəndində yaşayıram.  Mənim yerimi alan Habil adlı adam da iki gündən bir nota göndərir ki, imkan verin babamdan mənə miras qalmış torpaqda tikintimi davam etdirim. Məni hədləyir ki, mənim arxamda elə adamlar dayanıb ki, hara şikayət etsəniz də bacara bilməzsiniz. Habil İsmayıllı rayonundandır və İsmayıllı Maliyyə İdarəsində mühasib işləyir. Arxalandığı məmurların isə kim olduqlarını bilmirəm. Bir onu bilirəm ki, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil müəllim çox yazıq günə qalıb ki, bu adamlar onu saymırlar. Cənab Prezidentdən xahiş edirəm ki, diplomunun saxta olub olmadığı bilinməyən bələdiyyə sədri  Vasif Novruzovun ailəmizə qarşı hədə-qorxusunun qarşısının alınmasına göstəriş verəsiniz. sağ olun
Leyla Osmanova
Aktualinfo.org bir mətbuat orqanı olaraq Qobustan rayon sakini Leyla Osmanovanın bu müraciətini də aidiyyatı dövlət qurumlarına göndərəcək, rayon bələdiyyəsi sədrinin özbaşınalıqları barədə ölçü götürməyi xahış edəcək.
Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password