Binəqədi RPİ əməkdaşından Vilayət Eyvazova şikayət olundu
Bakı şəhəri, Səbail və Binəqədi rayon sakinləri Elşən Məmmədov və Zaur İsmayılov tərəfindən Aktualinfo.org onlayn qəzet redaksiyasına müracət daxıl olub. Vətəndaşlar müraciətin ictimailəşdirilməsi ilə yanaşı, Binəqədi RPİ-nin Kriminalistika Şöbəsinin əməkdaşı, polis mayoru Mehrəliyev Elçin Nüxrət oğlu və onun arvadı kimi qələmə verdiyi Firuzə Şirəliyevanın etibardan süi-istifadə edərək ələ keçirdikləri pullarının geri qaytarılması tələbi ilə ölkə başçısı İlham Əliyev cənablarına, Daxili İşlər Naziri Vilayət Eyvazova, Baş prokuror Zakir Qaralova və digər səlahiyyətli orqanlara da müraciət ünvanlayıblar. Şikayətçilər Daxili İşlər Nazirliyində rəhbər dəyişikliklərindən sonra Vilayət Eyvazovun nazir postuna təyin olunmasından ruhlanaraq böyük ümidlə müraciət etdiklərini bildirir, Binəqədi RPİ-nin Kriminalistika Şöbəsinin əməkdaşı, polis mayoru Mehrəliyev Elçin və onun arvadı kimi qələmə verdiyi Firuzə Şirəliyeva barəsində qanun çərçivəsində ölçü götürülməsini və onlara qarşı etdiyi dələduzluq hərəkətinin qarşısının alınması üçün köməklik gğstərməyi xahiş edirlər. Onların sözügedən müraciətlərini olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Vətəndaş Məmmədov Elşən qeyd edir ki, uzun müddətdir ki, ailə qurmaq üçün qəpik qəpik pul yığırdım. İş yoldaşım olan və Binəqədi rayonun, Binəqədi kəndi, 1-ci mədəndə yaşayan Şirəliyeva Firuzə məndə pul olduğunu hiss etdi və əvvəlcə mənə yaxınlaşaraq əri kimi qələmə verdiyi Binəqədi RPİ-nin Kriminalist Şöbəsinin əməkdaşı, polis mayoru Mehrəliyev Elçin Nüxrət oğlunun gəlirli bizneslə ( dəmir işilə) məşğul olması və əla qazanc əldə etməsindən bəhs edirdi. Sonra təklif etdi ki, Elşən sən yaxşı olar ki, Elçinə bu dəmir işində pulla köməklik edəsən və hər ay qazancını götürərsən. Firuzə məni sanki psixoloji təsir altına salır, inandırırdı. Mən tezliklə polis mayoru Elçin Mehrəliyevlə görüşdüm. O mənə hansısa dəmir sexinin fotoşəkillərini göstərib inandırmağa çalışdı ki, bu çox gəlirli biznesdir və mən bir polis kimi bu işdən yaxşı pul götürürəm. Gəl bizimlə pul qazan. Mən polis olduğuma görə bu biznesdə heç kim mane ola bilməz. Və s. vədlər. Ona görə də sən bizə ayda 10000 manat kömək etsən hər ayda sənə 2000 manat əlavə gəlir verə bilərik. Mən inandım. Fikirləşdim ki, toy etməyə qəpik qəpik pul yığıram. Belə getsə av də alaram. Polis E. Mehrəliyev məni bu işə həvəsləndirib, inandırıb cəlb etmək üçün özünə məxsus maaş kartını, özünə məxsus və indi də yaşadığı Mehdiabad qəsəbəsində yerli Bələdiyyədən saxta yolla aldığı 6 sot torpaq sahəsi üçün arxa tarixlə əldə etdiyi torpağa dair alqı-satqı sənədlərini və digər şəxsə Kərimov Mahiyəddin Xəlil oğlunun adına verilmiş 0.05 ha torpa sahəsinin Arxiv çıxarışını mənə təqdim edərək bu sənədləri səndə qalsın dedi. Qoy pul qoyub işləri görək, pulunu tam geri qaytarandan sonra bu sənədləri geri qaytararasan dedi. ( sənədlər əlavə olunur) Mən tərəddüd etdikdə isə öz maaş kartını da verdi. Dedi hər ay pulu götürərsən. Bu zaman mən ürəkləndim ki, kişi halal pul qazanmaq istəyirmiş. Razılaşdım. Əvvəlcə 10000 manat, sonra isə 5000 AZN, 3000 AZN və 1000 manat da verdim. Və yalnız bu puldan 3000 manatı qaytarılıb. Belə ki, maşş kartından 1130 manat pulu əvvəlcə götürdüm. Sonrakı ay bildirdi ki, Elşən mənə işdən medal verirlər sən mənə maaş kartımı ver, aparım onu təqdim edim və qaytararam. Qaytardım. Və elə o gündən kartı qaytarmadı. Mən də o zaman anladım ki, dələduz dəstənin toruna düşmüşəm. Elçin sonradan dedi ki, bəs dəmir sexinə pulları qoydu, birdən bankrot oldu və s. çərənləmələr. Doğrudur, Elçin hər dəfə pulumu geri istəyəndə telefonda da deyir ki, narahat olma geri qaytaracam. Və deyir ki, səndən bu pulu guya uşağının xəstəliyinin müalicəsi üçün alıbmış. Beləcə vədlər. Firuzə də qeyd edir ki. narahat olma Elçin bankdan krdedit alıb sənin pulunu qaytaracaq. Amma öyrəndik ki, onun banklara da çox borcu olduğundan kredit ala bilməz. ( səs yazısı var) Pulu Firuzədən istədikdə dərhal bizi qabaqlayır ki, biz guya pulu faizlə sələmə vermişik. Bu da qanunaziddir. O polis Elçinin diqtəsilə bizi qorxudur ki, pulumuzu istəməyək.Sonradan təsadüfən öyrəndim ki, iş yoldaşım Zauru da Firuza mənim kimi tora salıb və yazığın 30000 manat pulunu alıb Elçinə verib. Bu işlər bilindikdə isə Firuzə qeyd etdi ki, Binəqədidə yaşadığı məhəllədə Vüqar, Məlahət və İlhamə adlı şəxslərə guya bizdən aldıqları 15000 və 30000 manat pulu borc veribmiş. Onlar da pulu qaytarmırmış. Firuzənin bu 3 qonşusu guya ondan şikayət ediblər ki, Firuzə bizə faizlə pul verib. O səbəbdən pulları geri ala bilmirik. Polis Elçin də bu məsələni eşidib və bərk hirsəlinibmiş. Məslənin həll olunması üçün polis Elçin qəsdən mənim qulağıma yumuruq vurdu. Və dedi ki, get ekspert arayışı al və bu üç qonşudan şikayət etki, borc verdiyin pulunu istərkən Firuzəni döyüb ona ağır bədən xəsarəti yetiriblərmiş. Firuzə plan üzrə belə də edib. İndi polisdə araşdırma gedir. Firuzənin biz aldadılmış Elşən və Zaura son sözü bu oldu ki, mənim arxamda polis Elçin durur. Və siz də nə istəyirsiz, kimə istəyirsiniz şikayət edin. Qorxmuruq.
Lakin Polis Elçinlə pulun qaytarılması barədə son dəfə telefonla danışanda o pulu yenə qaytaracağı vədini versə də mən bu sözlərə inanmadığımı və ondan nazir Vilayət Eyvazova, Baş Prokuror müavini Rüstəm Usubova şikayət edəcəyimi bildirdikdə Elçin vecinə almadı, narahat olmadı və sadəcə pulumu qaytaracağını vəd verdi. Sonralar eşitdim ki, Elçin Firuzə ilə bizi kimi çox adamları aldadıb pullarını ələ keçirməklə məşğuldur Və bunu özlərinə peşə ediblər. Elə Mehdiabad qəsəbəsində bir yaşlı kişinin də 6000 manat pulunu alıblar vermirlər. Yazıq qorxusundan şikayət də etmir.Ona görə də polis adına ləkə gətirən, bizi kimi sadə vətəndaşlara qarşı etimaddan süi-istifadə edərək dələduzluq edən bu dəstənin fəaliyyəti barədə cənab nazirdən araşdırma aparılmasına göstəriş verməsini və bizə dəymiş maddi zaiyanın ödənilməsində köməklik göstərməsini xahiş edirəm.
Vətəndaş Zaur İsmayılov isə yazır ki, iş yoldaşım olan Firuzə Şirəliyeva və onun əri kimi tqədim etdiyi Binəqədi rayon Pİ-nin polis mayoru Mehrəliyev Elçin Nüxrət oğlu tərəfindən aldanılaraq cəmi 30500( otuz min beş yüz) manat pulum mənimsənilmişdir. Belə ki, Firuzə bir iş yoldaşı olaraq bilirdi ki, mən özümə ev almaq üçün pul yığıram. O mənə yaxınlaşaraq təklif etdi ki, polis mayoru olan əri Elçin Mehrəliyev dəmir biznesilə məşğuldur. Yaxşı qazanmaq istəyirsənsə Elçinin dəmir alverinə pulla köməklik et. 2018-ci ilin sentyabrında əvvəlcə 2 dəfəyə 10000 manat, sonra isə 2000, 3000 və sonda 500 manat pulu verdim. Cəmi 30500manat. Pulu verəndən sonra onlar mənim etimadımı qazanmaq və daha çox pul qoparmaq üçün hissə hissə verdiyim pula görə əvvəl gətirib hər ay üçün 1000 manat qaytarırdılar ki, duyuq düşməyim.Sonradan Elçin özü verdiyim pulun 23500 manatının onda, qalan 7000 manatın isə Firuzədə olduğunu qeyd etmişdi. Firuzə yaxşı bilirdi ki, mən 9 ildir ki, ev almaq üçün pul yığıram. O məni sanki gipnoz edib o qədər yağlı vədlər verdi ki, axırda inandım və pullarımı hissə hissə verdim. Sonra qeyd etdilər ki, narahat olma Firuzə Ramin adlı qardaşına guya bizim Elşənlə birlikdə aldığımız pullara hansısa ev tikiblər və onun sənədləşməsi işini də Firuzənin qardaşı olan Raminə bu pulları verib həvalə ediblər. Lakin Ramin guya işi yarıtmamış və Elçin də hər dəfə telefon söhbətində qeyd etmişdir ki, O gedib Ramini möhkəm döyübmüş. Sonradan isə mən təsadüfən biləndi ki, mənim iş yoldaşım olan Elşən Məmmədovu da bu Firuzə tora salıb 15000 manat pulunu polis Elçinlə alıb mənimsəyiblər, mən şoka düşdüm. Mənim polis Elçinlə pulların qaytarılması barədə olan bütün telefon danışıqlarım yazılıbdır. Bu bir sübutdur. İndi mənə pul əvəzi vəd verdikləri kiməsə məxsus evin də sənədinin düzəlmədiyinə görə onu da vermirlər. Bir sözlə Elşəni də məni də bu dələduz dəstə əvvəlcədən planlı surətdə pullarımızı etimadımızdan süi-istifadə edərək aldadıb alıblar və dələduzluq ediblər. Elçin sonda mənə dediki, mən bir polis olaraq sizi şərləyə və tutdura bilərəm amma siz mənə heçnə edə bilməzsiniz. Digər tərəfdən səsimizi çıxaracağımız halda bizi, Elşənlə məni işdən qovduracağı ilə də hədləyirlər ki, təki pulumuzu istəməyək.
Ərizənin sonunda Elşən Məmmədovla Zaur İsmayılov Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova müracıət edərək yazırlar ki, Prezident İlham Əliyev tərəfindən Sizə etimad göstərilib ki, Elçin Mehrəliyev kimi polislərinin sadə insanlara qarşı törətdiyi dələduzluq, şər-böhtan, hədə-qorxu gəlmələri kimi qanunazidd əməlləri hesabına Azərbaycan polisinin düşmüş nüfuzu bərpa edilsin. Biz inanırıq ki, Siz bir nazir olaraq heç vaxt Binəqədi RPİ-nin əməkdaşı, polis mayoru olan Elçin kimi polislərin vətəndaşların şəxsi və əmlak təhlükəsizliyini təmin etmək əvəzinə, onların sağlamlığına zərər yetirməsinə, əmlaklarını müsəlman kişisinə yaraşmayan formada ələ keçirib, polis formasından istifadə edərək onları şərləməklə hədləməsinə yol verməzsiniz. Belələri Azərbaycan polisinin şərəfli adına qara ləkədir. Sizdən çox xahiş edirk ki, polis mayoru Elçi Mehrəliyev tərəfindən dələduzluqla mənimsənilmiş 15000 manat və 30500 manat pulmuzun qaytarılmasında köməklik göstərilməsinə göstəriş verəsiniz.
Aktualinfo.org qeyd edir ki, vətəndaşların 01 avqust 2019-cu il tarixli şikayətləri hazırda DİN-nin Baş mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində, Bakı Baş Polis İdarəsidə və Nərimanov Rayon Prokurorluğunda araşdırlmaqda davam edir. Lakin bütün bunlara baxmayaraq polis E. Mehrəliyev Bakı Baş Polis İdarəsinə və Nərimanov Rayon prokurorluğun gəlməkdən yayınır. Şikayətçilərin sözlərinə görə, əksinə onlara əvvəlcədəndən deyildiyi kimi şər kampaniyasına başlamışdır. Belə ki, əlavə arvad kimi saxladığı Firuzə Şirəliyevaya onların haqqında yuxarı orqanlara yalan və böhtan dolu şikayət ərizəsi yazdırıb. Buna görə də Bakı Baş Polis İdarəsi onların hər ikisini də 16 sentyabr, saat 11-ə izahat verməyə dəvət edib. Mövzuya qayıdacağıq.
Aktualinfo.org