Zakir Fərəcov sələfi Vaqif Əliyevin dostu ilə 12 milyonluq müqavilə bağlayıb
Sumqayıtın 70 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işlərinin görülməsi üçün tenderin nəticələri elan edilib.
Artıq Sumqayıt Şəhər İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi məlum olub. Bu, “Ximekspress 2000” firmasıdır. Firma ümumi dəyəri 11 milyon 938 min 400 manat olan eyni adlı 4 lot (Sumqayıt şəhərinin 70 illik yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işləri) üzrə qalib elan edilib və artıq onunla müqavilə imzalanıb.
“Yeni Sabah”ın apardığı araşdırmalara görə, “Ximekspress 2000” firması 25 may 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Reyester məlumatlarında firmanın nizamnamə kapitalının 40 manat olduğu qeyd edilib. Firmanın qanuni təmsilçisi isə Nuriyev İlqar Cəllad oğludur.
“Ximekspress-2000”-də baş direktor vəzifəsi daşıyan İlqar Nuriyev 2009-cu ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) xəttilə Sumqayıt bələdiyyəsinin üzvü seçilib.
İlqar Nuriyevin rəhbərlik etdiyi firma bəzi rayonlarda təhsil ocaqlarının təmirini də həyata keçirib. Bu ilin avqust ayında isə mediada Qusar rayonu Quxuroba kənd orta məktəbinin müəllimlərinin “Ximekspress 2000” firması barədə şikayəti tirajlanıb. Şikayətdən aydın olur ki, frma məktəb binasını təmir üçün söküb. Amma dərs ilinin başlanmasına az vaxt qalsa da, təmir işlərinə başlamayıb.
“Ximekspress 2000” haqqında daha bir məlumat bundan ibarətdir ki, firma Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi ilə məhkəmə çəkişməsi yaşayıb. Hər iki məhkəmədə “Ximekspress 2000” qalib gəlib.
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə ilqar Nuriyev vaxtı ilə Gənclər və İdman nazirliyində çaləışıb. 2003-2011- ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı omuş Vaqif Əliyevlə də dostluq münasibətləri həmin dövrlərə təsadüf edir. Vaqif Əliyev Sumqayıt şəhərinə icra başçısı təyin edildikdən sonra bütün kommersiya işlərini məhz İlqar Nuriyevə tapşırıb. Elə bu dostluq münasibətlərindən yararlanan İlqar Nuriyev Sumqayıtda böyük işlər görməyə başlayıb. Şəhərdə bir çox abadləıq işlərinin aparılması,uşaq bağçaları və orta məktəblərin təmiri məlumatlara görə həmin dövrlərdə məhz “Ximkiekspres 2000” firması tərəfindən aparılarmış. Eldar Əzizovun Sumqayıta rəhbərləyi dövründə bütün bu kimi işlər İlqar Nuriyevin əlindən tədricən alınsa da müəyyən işlər görürmüş. Lakin 1015 ci ildə Zakir Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinə başçı gəlməsndən sonra şəhərdəki bir çox sahibkarlar kimi İlqar Nuriyevin də kitabı bağlanır. Məlumatlara görə ona məxsus marşrut xətlər və digər obyektlər Zakir Fərəcov tərəfindən özününküləşdirildikdən sonra İlqar Nuriyev Sumqayıtdan Corat qəsəbəsinə çəkilməli olub. Qeyd edək ki, İlqar Nuriyevin əsli Xızı rayonundan olsa da, Coratda böyüyüb. Məlumat üçün onu da əlavə etmək istərdik ki, Zakir Fərəcov da hazırda Corat qəsəbəsində yaşayır yan-yana dörd villaya sahibdir.Onların arasında bağlanmış 11 milyonluq müqavilənin təfərrüatları barədə isə novbəti yazıda məlumat verəcəyik.
Aktualinfo.org