Gömrük generalı Vəzir Həsənovun xaricdə daha bir biznesi tapıldı
Azərbaycanda gömrük generalı, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, Çexiyada məşhur biznesmen, Vəzir Həsənovun Avropa ölkələrinin birində daha bir biznes obyekti tapılıb.
Aktualinfo.org xəbər verir ki, jurnalist Cavanşir Həsənli Vəzir Həsənovun obyekti barədə məlumat paylaşıb:
“Səfər Mehdiyevin diqqətinə rüşvət, monopoliya və korrupsiyadan uzaq bir gömrük məmurunun Avropa ölkələrinin birində tikdirdiyi 4 mərtbəli binadan ibarət 34 mənzilli kompleksin, 10 dükandan ibarət 850 kvadrat metrlik ticarət mərkəzinin və 300 kvadrat metrlik restoranın çertyojlarını çatdırmaq istəyirəm. Belə aydan arı, sudan duru generalı olan gömrük şefi heç vaxt istefa verməz.
Bilirsiniz o kimdir?
Bəlkə Dövlət Gömrük Komitəsinin rəhbəri buna inanmayacaq. Ona görə cənab Həsənovun şirkətinin linkini də əlavə edirəm ki, özü də baxsın.
http://hasansons.eu/rajhrad.html