Azərbaycanda silsilə yanğınlar – Onlarla helikopter, təyyarə cəlb olundu

Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 21 nəfər şəxsi heyəti, 2 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 1 texnika, Şimal Regional Mərkəzinin 10 nəfər şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində 16 hektar sahədə quru ot və kollar yanıb. Artıq yanğın söndürülüb.

Aktualinfo.org FHN-ə istinadən xəbər verir ki, Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında dəniz səviyyəsindən 1900 metr hündürlükdə olan mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğına 1 amfibiya təyyarəsi, 3 helikopter, o cümlədən FHN-in müvafiq qüvvələri cəlb olunub.

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya Dəstəsinin Mülkü Müdafiə Qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin ümumilikdə 235 nəfərlik şəxsi heyəti, 16 texnika, o cümlədən 1 yanğınsöndürən təyyarə və 1 helikopter cəlb olunub.

Ağsu rayonun Kəndaxan kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümumilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidə fəaliyyətdədir.

Səhər saatlarında İsmayıllı rayonunda da meşələrin yanması barədə məlumat yayılıb. Bu barədə mətbuata  İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev məlumat verib.

R.Ağayevin sözlərinə görə, yanğın rayonun Şəbiyan, Keyvəndi və Pirəbilqasım kəndləri ərazisində yerləşən kolluq-meşə sahəsində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və 150-yə yaxın canlı qüvvəsi cəlb edilib

Hazırda yanğınların lokallaşdırılması istiqamətində işlər davam etdirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password