Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var – Məhəbbət Vəliyeva

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləyib.

Təhsil Nazirliyindən mətbuata  verilən məlumata görə, bu gün müsahibə mərhələsinin son günüdür. Müsahibələrdə biologiya, fransız dili, texnologiya və təsviri incəsənət müəllimi olmaq istəyən 736 namizədin iştirakı gözlənilir.

Məhəbbət Vəliyeva media nümayəndələrinin diqqətinə çatdırıb ki, avqustun 19-dan etibarən keçirilən müsahibələrdə 2 632 namizəd iştirak edib. Nazir müavini 2019-2020-ci tədris ili üçün müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarıldığını deyib.

Təhsil nazirinin müavini vurğulayıb ki, bu il məktəbdə psixoloq vəzifəsində işləyənlər də müsahibə komissiyasının tərkibinə üzv olaraq cəlb edilib və məqsəd hər bir namizədin ixtisas, pedaqoji, eləcə də metodiki biliklərlə yanaşı, psixoloji vəziyyətinin qiymətləndirilməsinə nail olmaqdır. Builki müsahibələrdə müəllimliyə namizədlərin yüksək nəticələr göstərdiyini qeyd edən Məhəbbət Vəliyeva onların hər birinə uğurlar arzulayıb, müəllim adını qazanacaq namizədlərin təhsilin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

Nazir müavini: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var (FOTO)

  • Nazir müavini: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var (FOTO)
  • Nazir müavini: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var (FOTO)

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password