“Axtardığım şey bu idi” – Koutinyo “Bavariya”ya keçidindən danışdı
Xəbər verdiyimiz kimi, “Barselona” futbolçusu Filif Koutinyonu “Bavariya”ya 1 illik müddətinə icarəyə verib.
“Aktualinfo.org” xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi alman klubuna keçidindən danışıb:
“Bavariya” Avropanın ən yaxşı klublarından biridir. Burada məni yeni macəralar gözləyir. Axtardığım şey bu idi. Komanda yoldaşlarımın köməyi ilə burada çoxlu qollar vurmaq istəyirəm”.