“Qarabağ”Kiprdə qələbə qazandı,

Bu gün 2019/2020 avrokubok mövsümündə III təsnifat mərhələsinin oyunlarına start verilib.

Aktualinfo/org-un məlumatına görə, Çempionlar Liqasında (ÇL) 5, Avropa Liqasında isə 3 görüş baş tutub.

Azərbaycan çempionu “Qarabağ” ÇL-in III təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-in qonağı olub. Ağdam təmsilçisi rəqibini 2:1 hesabı ilə üstələyib.

Komandanın ÇL-in pley-offundakı potensial rəqibləri də üz-üzə gəlib. Yunanıstanın PAOK kollektivi Hollandiya çempionu “Ayaks”ı qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Köhlən atlar” mərhələ adlayacağı təqdirdə bu cütün qalibi ilə qarşılaşacaq.

Qurban Qurbanvun baş məşqçisi olduğu kollektivin Avropa Liqasındakı potensial rəqibləri də görüşüb. Ağdam klubu APOEL səddini aşa bilməsə, Avropa Liqasının pley-offunda “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək. İlk matçda Şimali İrlandiya təmsilçisi rəqibini səfərdə məğlub edib – 2:1.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

21:00. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 1:2

Qol: Giorgos Merkis, 90+5 – Mahir Emreli, 54. Maqaye Qeye, 69

21:00. PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) – 2:2

Qollar: Çuba Akpom, 32. Leo Matos, 39 – Hakim Ziyeş, 10. Yan Huntelar, 57

22:00 “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) – 1:1

Qol: Daniel Olmo, 7. – David Siqer, 59

22:30. “Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:0

Qol: Hans Vanaken, 37 (pen)

22:45. “Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) – 1:1

Qol: Milan Pavkov, 44 – Jonas Wind, 84 (pen)

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

19:00. “Ararat” (Ermənistan) – “Saburtalo” (Gürcüstan) – 1:2

Qollar: Anton Kobyalko, 31 – Sandro Antunaşvili, 72. Levan Kenia, 76

20:00. “Riqa” (Latviya) – HİK (Finlandiya) – 1:1

Qollar: Kamil Bilinski, 81 – Tim Vaeyrynen, 7

22:15. “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) – 1:2

Qol: Damir Kojasevic, 11 – Kirk Millar. 38. 65

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password