Sahil Babayev Şəkidə DSMF və DMX rəhbərlərinin qanunazidd əməllərinə niyə göz yumur?

 Şəki rayonu Baş Göynük kənd sakini Mənəfova Aynurə Nəzər qızı Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə, birinci Vitse-prezident Mehriban xanım Əliyevaya Şəki rayonundakı bır sıra dövlət məmurlarının özbaşınalıqlarından şikayət edib.Maraqlı burasıdır Aktualinfo.org son bir neçə ayda Şəki rayonun Sosial Müdafiə Fondundan və Dövlət Məşğulluq Mərkəzinin Şəki rayon Şöbəsindən ölkə Prezidentinə ünvanlanan onlarla müraciəti geniş oxucu kütləsinin diqqətinə çatdırasraq ictimailəşdirib. Lakin görsənən odur ki sözügedən qurumların rəhbərləri, barələrində olunan şikayətlərdən nəticə çıxarmaq əvəzinə, öz bildiklərini davam etdirməkdədirlər. Bu nə vaxta qədər davam edəcək? Əmək və Əhalinin Sosiall MÜdafıəsi Naziri Sahil Babayev Şəki rayonundan ölkə başçısına, birinci Vitse-prezidentə, elə onun özünə ünvanlanan şıkayətləri görmürmü? Əlbəttdə görür. Sadəcə gördüklərinə göz yumur. Şəkidən isə narazılıqların sayı durmadan artır. Aktualinfo.org rayon sakını Aynurə Mənəfovanın şikatət məıktubunu olduğu kimi oxuculara təqdim edir. O yazır :

5 nəfərlik ailə üzvlərimizdən həyat yoldaşım Mənəfov Vüsal Mirzəli oğlu törətdiyi avtoqəzaya görə CM-nin 263.3 maddəsi üzrə 07.05.2015-ci ildən 7 il müddətinə həbs cəzasına məhkum edilmişdir və hazırda da cəzaçəkmə müəssisəsindədir. Iki övladım məktəblidirlər, bir övladımın isə 4 yaşı var. Mən üzərimdə olan 0.84 ha pay torpaq sahəmizi uzaqda yerləşdiyinə( 13 km məsafədə yerləşir) və çoxlu borca düşdüyümə, gedib-gəlib istifadə edə bilmədiyimə görə bu ilin iyun ayının əvvəlində Şəki rayonun Cumakənd sakini Qədirov Ramiz Ramazan oğluna satmışam.( Notarial qaydada alqı-satqı olub) qaldı ki, hazırda məhbəsdə olan Vüsal Mənəfovun üstündə olan 0,4 ha pay torpağına. Onu da atası Mirzəli Mehrəli oğlu Mənəfov buğda əkib istifadə edir. ( yerli bələdiyyə faktı  təsdiq edir)Torpağımız faktiki olaraq istifadəmizdə olmadığı halda Şəki Rayom Məşğulluq Mərkəzi bizə ünvanlı sosial yardım verilməsilə bağlı müraciətimizə 05 iyul 2019-cu il tarixində imtina məktubu yazıb göndərib. Formal səbəbini də göstərib ki,  ailənin üstündə torpaq sahəsi var. İkinci imtina səsbəbində də qeyd olunur ki, ailənin başçısı olmuş Vüsal Mənəfovun adına mobil telefon mövcuddur. Mən də idarəyə arayış vermişəm ki, həyat yoldaşım Vüsal 5 ildir ki, həbsdədir Və 5 il əvvəl aldığı telefon nömrəsindən başqası- kürəkənləri Elmar Akif oğlu  hazırda istifadə edir. Axı bu savadsızlar bilməli idilər ki, formal imtina məktubu yazanda bir balaca həqiqətə və məntiqə uyğunluğu olsun. Necə ola bilər ki, hazırda məhbəsdə olan Vüsal telefon işlətsin? Əslində günah bu savadsız və məntiqsiz məktubu imzalayan boyu 2 m, pəhləvan cüssəli Şəki DMX-ti rəisində də deyil. Onu bu vəzifəyə təyin edən yuxarıdakı binəvalardadır. Hesab edirəm ki, əgər DMX müdiri yerinə hansısa əlilliyi olan, hümanistlik və insanlıq hisslərilə yaşayan bir kimsəsiz və savadlı şəxs təyin olunsaydi bu gün mənim kimi minlərlə əlacsız və bir tikə çörəyə möhtac insanlar DMX qapılarında süründürməçiliyə məruz qalmazdıq. Cənab Prezidentin qeyd etdiyi kimi “Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləri olmalıdırlar.!” Bu pəhləvan müdirlər isə özlərini Prezidentdən üstün tutur və biz yoxsulluq həddindən də aşağıda yaşayanları onların xidmətçiləri-qulları hesab edirlər. Axı qanunvericilikdə necə qeyd edilə bilər ki, ailə başçısı həbsdə olan, 3 azyaşlı uşaqla bir damın altında köməksiz vəziyyətdə qalan, torpağı, bir maaşlı işi  olmayan  ailəmizə ünvanı sosial yardım düşməsin.? Bəs onda bu yardımın verilməsi kimlərə şamil olunur? Nə olsun ki, 12 km məsfədə yerləşən qonşu kənddə yaşayan anam hər gün 2 ədəd çörək gətirib uşaqlara verir ki, yaşasınlar. Mən bir ana olaraq indi balaca uşqların üzünə baxa bilmirəm ki, bürokrat idarə rəhbərliyi son ümidimiz olan ünvanlı sosial yardımın verilməsinə əsassız qadağa qoyub.

Məcbur olub  Cənab Prezidentə və Mehriban xanıma müraciət edirəm. Bilirəm ki, onlar çox xeyirxah insanlardır. Odur ki, Dövlətimizin başçısından və vitse-prezidentdən xahiş edirəm ki,  mənim başsız qalmış 5 nəfərlik ailəmə ünvanlı sosial yardımın verilməsində köməklik göstərəsiniz.

  .Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password