M. Əhmədoğlu: – “Ermənistan Göyçə gölünü itirə bilər”

Göyçə gölünün fəlakəti müasir erməni idarəçilərinin səmərəliliyinin vacib göstəricilərindən biridir

Göyçə gölü (Sevan) mövzusu uzun illərdir müxtəlif prizmalardan müzakirə mövzusudur. Hətta bu göldən Azərbaycana ildə 1,5 milyard m3 su axdığını iddia edən rəsmilər, siyasilər mövcuddur. İndi Göyçə gölü ekoloji fəlakət qarşısındadır. Baş nazirin müavini T.Avinyanın fikrincə, Ermənistan Göyçə gölünü itirə bilər. Bəzi ekspertlərə görə Göyçə gölü problemi Ermənistan üçün Dağlıq Qarabağ problemi qədər vacibdir.

Aparılan tədqiqatlara görə Göyçə gölünün suyu nəinki içmək, hətta cimmək üçün yararsızdır. Sürətlə artan yosunlar suyu zəhərləyib. Göyçə gölündə ekoloji faciənin əsas səbəblərindən biri Ermənistanın izolyasiya vəziyyətində olmasıdır.

Ekoloji böhranın qarşısını almaq adı ilə beynəlxalq maliyyə qurumlarının külli miqdarda qrantı yeyilib. Ermənilər indi də qrant axtarışındadırlar. Aİ 5 milyon avro ayırdı. Ermənilər isə öz pullarını Rusiyadan SU-30SM almağa verdilər.

Göyçə gölündəki ekoloji fəlakətə tamam ayrı prizmadan da yanaşmaq mümkündür. Bu, müasir erməni idarəçilərinin səmərəliliyinin vacib göstəricilərindən biridir. 10 il bundan öncə İran Göyçə gölünün suyunu kəmər vasitəsilə öz ərazisinə daşımaq istəyirdi. Çünki İranın şəhərləri, o cümlədən paytaxt Tehran ciddi su qıtlığı ilə üzləşiblər. Ermənistan buna razılıq vermədi. Sonradan bir müddət bəzi Ərəb dövlətləri bu yöndə danışıqlar apardılar. Əslində Göyçə gölünün suyu İrana və yaxud İran vasitəsilə Ərəb dövlətlərinə daşınsaydı Ermənistan üçün də Göyçə gölünün suyu Azərbaycan nefti qədər gəlirli olacaqdı. Ermənistan üçün də Göyçə gölünün suyu Azərbaycan üçün nefti qədər əhəmiyyətlidir. Azərbaycan neftini dünya bazarına çıxarmağı bacardı, ermənilər Göyçə gölünün suyunu sata bilmədi. Ermənilər Göyçənin suyunu da qoruya bilmirlər.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password