UEFA-nın açıqladığı istedadlı gənc futbolçular siyahısında 3 türk də yer alıb

UEFA yeni mövsümdə özlərini müsbət tərəfdən göstərə biləcək 50 gənc futbolçunun siyahısını açıqlayıb.

Aktualinfo.org-un məlumatına görə, siyahıya Türkiyə millisinin 3 oyunçusu da daxil edilib. Bunlardan biri “Qalatasaray”da çıxış edən 19 yaşlı vinger Yunus Akgündür. O, qışda “Belçika “Anderlext”inin maraq dairəsində olub, indi isə İtaliya “Latsio”sunun hədəfindədir.

Növbəti belə futbolçu da “Qalatasaray”ın yetirməsidir. Bu, qışda “sarı-qırmızılar”dan Almaniya “Ştutqart”ına 12 milyon avroya keçən Ozan Kabakdır. 19 yaşlı mərkəz müdafiəçisi artıq “Şalke”nin oyunçusudur.

“Beşiktaş”ın hücumçusu Güven Yalçının isə 20 yaşı var. O, ötən mövsüm iki “het-trik” edib və mayda Türkiyə yığmasında ilk matçına çıxıb.

“Qalatasaray”ın sabiq futbolçusu George Hacının oğlu Yanis Hacı da “50-liy”ə düşüb. Rumıniyalı yarımmüdafiəçi gənclər arasında Avropa çempionatında parlaq çıxış etdikdən sonra “Viitorul”dan Belçika “Genk”inə keçib və hazırda Çempionlar Liqasında çıxış edir.

Siyahıda milliyyətcə gürcü olan 2 futbolçu da yer alıb. Bunlardan biri vaxtilə Azərbaycan milli komandasında və ölkə klublarında forma geyinmiş Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyadır. O, Moskva “Lokomotiv”inə keçdikdən sonra Rusiya Premyer Liqasında XXI əsrdə doğulmuş ilk futbolçu sayılıb. Vinger yeni mövsümə “Rubin”də keçmiş komandasına qol vurmaqla başlayıb.

Daha bir gürcü oyunçu Ukrayna millisi və Kiyev “Dinamo”sunda çıxış edən Georgi Çitaişvilidir. Vinger 20 yaşadək futbolçular arasında dünya çempionatının finalında solo keçiddən sonra vurduğu qolla özündən söz etdirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password