Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları başlayır

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Aktualinfo.org  xəbər verir ki, ilk oyun günündə 7 matç baş tutacaq. “Qarabağ”ın potensial rəqibləri də bu gün qarşılaşacaq. Ağdam təmsilçisi İrlandiyanın “Dundalk” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasındakı ilk oyunda səfərdə Kipr təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” və “Dundalk” arasında cavab görüşü iyulun 31-i, saat 21:00-da  “Dalğa Arena”da keçiriləcək. Səfərdəki ilk matç 1:1 hesablı bərabərliklə bitmişdi.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsinin cavab oyunları

21:00. APOEL (Kipr) – “Sutyeska” (Monteneqro)

İlk oyun – 1:0

21:00. “Nımme Kalyu” (Estoniya) – “Seltik” (Şotlandiya)

İlk oyun – 0:5

21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – ÇFR (Rumıniya)

İlk oyun – 0:1

22:00. “Bazel” (İsveçrə) – PSV (Hollandiya

İlk oyun – 2:3

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan)

İlk oyun – 2:0

22:00. “Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan)

İlk oyun – 1:3

22:00. “Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya)

İlk oyun – 0:0

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password