İran yazıçısı ilə Bakıda görüş keçirilib

İyulun 23-də Bakıda İran yazıçısı Mustafa Məsturla görüş keçirilib.

Görüş “Parlaq imzalar” nəşriyyatının təşkilatçılığı ilə baş tutub.

Mustafa Məstur əsərlərindən, yaradıcılığındakı yenilikdənbəhs edib. Daha sonra oxucuların suallarını cavablandırıb.

Qeyd edək ki, Mustafa Məstur 1964-cü ildə İranda anadan olub. 1990-cı illərdən yazıçılıqla məşğul olur. Onun “Tanrının ay üzündən öp”, “Cüzamlı əllər və donuz sümüyü”, “Mən sərçə deyiləm”romanları Azərbaycan dilinə tərcümə edilib. (APA)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password