Azərbaycanlı fotoqraf qızıl medal qazandı

Gürcüstan Fotoqraflar Assosiasiyası FİAP-ın potranajlığı ilə keçirilən Photo Salon «Georgian Drag – 2019» beynəlxalq fotomüsabiqəsinə yekun vurulub.

Kulis.az-ın verdiyi xəbərə görə, bu haqda Gürcüstanda ezamiyyətdə olan, AFB-nin bədii işlər üzrə sədr müavini, beynəlxalq foto ekspert, FEP-in, Rusiya Bədii Fotoqraflar İttifaqının üzvü, münsif heyəti kimi son turunda iştirak edən Rauf Umud məlumat verib.

FİAP-in, GPU-nin, GFA-nın AFB-ni və Photolife salonun təsis etdiyi mükafatlar uğrunda mübarizəyə 52 ölkədən 355 fotoqraf qatılmışdır. 4 bölmə üzrə 4733 foto əsərlədən İlk turdan keçmiş fotolar 157 makfat qazanmışdır.

AFB –nin üzvləri Şahin Sərkərov qızıl, Fərqanə Qasımlı gümüş, Aydın Mehdiyev və Nadejda Cavad bürünc medala, Birliyin fəxri üzvü , Rusiya Fotoqraflar İttifaqının üzvü Svetlana Kamkova diploma layiq görülmüşlər.

Mükafatlandırma və qaliblərin yekun sərgisi sentyabr ayında Azərbaycanda baş tutacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password